azadses.az » Cəmiyyət » General Kənan Seyidov: “Şuşaya daxil olmağımıza heç bir qüvvə mane ola bilməzdi”

General Kənan Seyidov: “Şuşaya daxil olmağımıza heç bir qüvvə mane ola bilməzdi”

“Vətən müharibəsi zamanı Şuşaya daxil olmağımıza heç bir qüvvə mane ola bilməzdi”.

Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına Vətən Müharibəsi Qəhrəmanı, Ordu birliyinin komandiri general-mayor Kənan Seyidov deyib.

Azərbaycanın mədəniyyət paytaxtı uğrunda gedən döyüşlərin komandanlarından biri olmuş general bildirib ki, hərbi qulluqçular əvvəlcə Şuşa yüksəkliklərinə nəzarəti təmin edib, daha sonra şəhərə girmək üçün fürsət gözləyib:

“1986-cı ildə Şuşada düşərgədə olmuşdum. Həmin hadisənin üzərindən illər keçəndən sonra Şuşanın işğaldan azad olunması əməliyyatında iştirak etdim. Döyüşlər zamanı duman çəkiləndən sonra Şuşanı görəndə çox həyəcan keçirdik. Həmin anları heç vaxt unutmaram. O zaman əmin olduq ki, biz şəhərə girəcəyik”.

Onun sözlərinə görə, həmin vaxt Azərbaycan Ordusu bütün çətinliklərə rəğmən, qarşıya qoyulmuş tapşırıqları yerinə yetirməyə hazır idi:

“Düzdür, Şuşanın relyefi çox çətindir. Bu, bizim işimizi xeyli çətinləşdirirdi. Amma Şuşaya daxil olmağımıza və orada möhkəmlənməyimizə heç nə, heç bir qüvvə mane ola bilməzdi”.

“Şuşaya daxil olarkən çox böyük qürur hissi keçirdik. Həmin hisləri sözlə ifadə etmək mümkün deyil. Şuşa bizim üçün çox əhəmiyyətli idi. Şükür ki, bu müqəddəs tapşırığı layiqincə yerinə yetirdik”, - Vətən Müharibəsi Qəhrəmanı vurğulayıb.

Qeyd edək ki, K.Seyidov İkinci Qarabağ müharibəsi zamanı Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri komandanının birinci müavini - qərargah rəisi olub. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 20-də imzaladığı sərəncamla Vətən müharibəsinin komandirlərindən biri olmuş K.Seyidova general-mayor ali hərbi rütbəsi verilib.

O, daha sonra Prezidentin müvafiq sərəncamına əsasən, Ordu birliyinin komandiri təyin olunub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. 65 yaşlı kişini ilan sancdı
  2. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  3. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  4. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  5. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  6. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  7. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  8. Bakıda yol qəzası olub, xəsarət alan var
  9. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  10. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı