Şuşaya gələn qonaqlar onun gözəlliyinə heyran qalacaq - Deputat
- 28-01-2021, 14:49
- Cəmiyyət
“Dünən Prezident İlham Əliyev Şuşa rayonu üzrə xüsusi nümayəndəni qəbul etdi və videoformatda baş tutan qəbulda dövlət başçısı bir sıra mühüm məsələlərə toxundu. Biz Şuşaya qayıtmışıq və bu şəhər dirçəldilir. Azad olunmuş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutunun yaradılması bu prosesi daha da sürətləndirəcək”.
Bu sözləri Publika.az-a danışan Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili qeyd edib ki, Şuşa üzrə xüsusi nümayəndənin təyin olunması dirçəltmə və yenidənqurma işlərinin müasir səviyyədə həyata keçirilməsinə imkan verəcək: “Şuşa bizim mədəniyyət mərkəzimizdir və buna görə də bu şəhərin bərpa işlərində mədəniyyətimizi, tariximizi özündə əks etdirən proses getməlidir. Prezidentin xüsusi nümayəndəsinin təyin olunması bu işlərin daha səmərəli və keyfiyyətli şəkildə həyata keçirilməsinə imkan verəcək. Həm də Şuşa fərqli şəhər olacaq. Şuşa şəhərinin yenidənqurulması prosesi “ağıllı şəhər” formasında aparılacaq. “Ağıllı şəhər”in olması şəhərin müasir infrastrukturunun formalaşdırılması deməkdir”.
A.Badamov vurğulayıb ki, Şuşa mədəniyyət mərkəzimiz olduğundan bu şəhərdə gələcəkdə mədəniyyət tədbirləri, həmçinin digər dövlət əhəmiyyətli tədbirlər baş tutacaq. Deputat bildirib ki, bütün bunlar bugünkü Şuşanın daha müasir formada və gələn qonaqların, ümumilikdə hamının heyran olacağı şəhərə çevrilməsinə əsas verir: “Şuşamıza xaricdən xeyli sayda qonaqlar gələcək, orada çoxsaylı tədbirlər baş tutacaq. Bu, çox əhəmiyyətlidir. Həmçinin cənab Prezident Şuşanın xaricdə təbliği, eyni zamanda bu şəhərin milli mədəniyyətinin, tarixinin, dini-mədəni abidələrinin və digər əhəmiyyətli məsələlərin xarici ölkələrdə nümayişi, sərgilənməsi və tanıdılması istiqamətində işlərin görülməsi ilə bağlı tapşırıq verdi. Təbii ki, Şuşa artıq tanınmış şəhərdir. Biz Şuşanı elə dirçəldəcəyik ki, şəhərə gələn hər insan, qonaq buranın gözəlliyinə, onun təbiətinə, tarixinə, mədəniyyətinə heyran qalsın. Bu şəhərə xüsusi nümayəndənin təyin olunması görüləcək işlərin daha ciddi şəkildə, tez zamanda həyata keçirilməsinə imkan verəcək”.