azadses.az » Cəmiyyət » SOCAR-ın Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşlarının Şuşaya səfəri təşkil olunub - FOTO

SOCAR-ın Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşlarının Şuşaya səfəri təşkil olunub - FOTO

2022-ci il oktyabrın 23-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşlarının Şuşaya səfəri təşkil olunub.

Şuşa qalasının qarşısında SOCAR əməkdaşlarını salamlayan Bülbülün ev muzeyinin direktoru Fəxrəddin Hacıbəyli hər bir azərbaycanlının 30 il mədəniyyətimizin beşiyi olan Şuşanı görmək həsrəti ilə yaşadığını və 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən Şuşanın işğaldan azad edildiyini, bu həsrətə son qoyulduğunu vurğulayıb. Bu gün Şuşada böyük quruculuq işlərinin aparıldığını bildirən Fəxrəddin Hacıbəyli xalqımıza məxsus tarixi abidələrin, milli mədəniyyət nümunələrinin bərpa edildiyini diqqətə çatdırıb.

SOCAR-ın əməkdaşı, Cəbrayılın, Füzulinin və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilmiş Samir Əsgərov çıxışında Vətən müharibəsində iştirakından şərəf duyduğunu qeyd edib, keçdiyi döyüş yolundan, rəşadətli ordumuzun qəhrəmanlığından danışıb. O Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusunun əzəli və əbədi torparlarımızı işğaldan azad etdiyini, Azərbaycan xalqının ən böyük arzusuna qovuşduğunu ifadə edib.

Səfər çərçivəsində tədbir iştirakçıları dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsini ziyarət edib, burada neftçilərdən ibarət “Dalğa” instrumental ansamblının ifasında Qarabağa, Şuşaya həsr edilmiş kompozisiyanı, eyni zamanda “SOCAR Könüllüləri” tərəfindən səsləndirilən Vətən müharibəsi haqqında şeiri dinləyiblər.

Şuşa Bəyannaməsinin imzalandığı ərazidə bərpa-quruculuq işləri ilə tanış olan tədbir iştirakçıları, daha sonra Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün büstlərini, həmçinin Molla Pənah Vaqifin büstünü və məqbərəsini ziyarət edib, Cıdır düzündə olublar.

Sonda SOCAR əməkdaşları Şuşada bişirilən Qala çörəyinin dadına baxıblar.










DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  2. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  3. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  4. Bakıda yol qəzası olub, xəsarət alan var
  5. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  6. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  7. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  8. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  9. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  10. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı