Главная > Cəmiyyət / Manset > SOCAR-ın Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşlarının Şuşaya səfəri təşkil olunub - FOTO
SOCAR-ın Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşlarının Şuşaya səfəri təşkil olunub - FOTO24-10-2022, 21:13. Разместил: admin |
2022-ci il oktyabrın 23-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşlarının Şuşaya səfəri təşkil olunub. Şuşa qalasının qarşısında SOCAR əməkdaşlarını salamlayan Bülbülün ev muzeyinin direktoru Fəxrəddin Hacıbəyli hər bir azərbaycanlının 30 il mədəniyyətimizin beşiyi olan Şuşanı görmək həsrəti ilə yaşadığını və 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən Şuşanın işğaldan azad edildiyini, bu həsrətə son qoyulduğunu vurğulayıb. Bu gün Şuşada böyük quruculuq işlərinin aparıldığını bildirən Fəxrəddin Hacıbəyli xalqımıza məxsus tarixi abidələrin, milli mədəniyyət nümunələrinin bərpa edildiyini diqqətə çatdırıb. SOCAR-ın əməkdaşı, Cəbrayılın, Füzulinin və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilmiş Samir Əsgərov çıxışında Vətən müharibəsində iştirakından şərəf duyduğunu qeyd edib, keçdiyi döyüş yolundan, rəşadətli ordumuzun qəhrəmanlığından danışıb. O Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusunun əzəli və əbədi torparlarımızı işğaldan azad etdiyini, Azərbaycan xalqının ən böyük arzusuna qovuşduğunu ifadə edib. Səfər çərçivəsində tədbir iştirakçıları dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsini ziyarət edib, burada neftçilərdən ibarət “Dalğa” instrumental ansamblının ifasında Qarabağa, Şuşaya həsr edilmiş kompozisiyanı, eyni zamanda “SOCAR Könüllüləri” tərəfindən səsləndirilən Vətən müharibəsi haqqında şeiri dinləyiblər. Şuşa Bəyannaməsinin imzalandığı ərazidə bərpa-quruculuq işləri ilə tanış olan tədbir iştirakçıları, daha sonra Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün büstlərini, həmçinin Molla Pənah Vaqifin büstünü və məqbərəsini ziyarət edib, Cıdır düzündə olublar. Sonda SOCAR əməkdaşları Şuşada bişirilən Qala çörəyinin dadına baxıblar. Вернуться назад |