Vətənə borcunu qanı ilə ödəyən daha bir şəhidimizi tanıyın
- 9-12-2020, 11:55
- Cəmiyyət
Bu barədə SOCAR rəsmi “Facebook” səhifəsində məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Geofizika Mühəndisliyi ixtisası üzrə təhsil almış Alı Həsənli dörd il idi ki, SOCAR-ın Təhlükəsizlik İdarəsində çalışırdı.
Azərbaycanın ərazi bütövlüyü uğrunda Vətən müharibəsi başlayanda ailənin tək oğul övladı cəbhəyə yollanıb. O, oktyabrın 21-də Cəbrayıl rayonu ərazisində şiddətli döyüşlərin birində düşmənin mövqelərimizə atdığı minamyot mərmisinin partlaması nəticəsində ağır yaralanaraq şəhid olub.
Allah rəhmət eləsin!