azadses.az » Cəmiyyət » İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda olublar - YENİLƏNİB

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda olublar - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov dövlətimizin başçısına və birinci xanıma hava limanı barədə məlumat verdi.

Bildirildi ki, Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən geniş gövdəli ağır yük təyyarələrini qəbul edəcək.

Perronun sahəsi 60 min kvadratmetrdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.

Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olacaq. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları mövcuddur.

Aeroportda tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi tikilib.

Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ICAO-nun beynəlxalq tələblərinə uyğun olaraq İtaliyanın və Almaniyanın aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib. Qısa müddətdə ILS/DME instrumental eniş sistemləri, VOR/DME marşrutu üzrə hava gəmisi naviqasiya vasitələri, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemləri, ilkin və ikinci dərəcəli radar sistemləri quraşdırılaraq istifadəyə verilib. Bütün sistemlər ICAO və Eurocontrol-un beynəlxalq aviasiya kataloqlarında qeydiyyatdan keçib.

Zəngilan Beynəlxalq Hava Limanının ərazisində yardımçı binalar, transformator binası, qazanxana və su çənləri inşa edilib.

Uzunluğu təxminən 10 kilometr olan 35 kilovoltluq ikidövrəli elektrik kabel xətti çəkilib. 230 metr dərinlikdə artezian quyusu qazılaraq su çıxarılıb.

Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzində çevriləcəyi günü yaxınlaşdırmaqdadır.

Onu da deyək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur.

16:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan rayonunda da olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci vitse-prezident Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinlərlə görüşüb, Arximed turbini tipli Su Elektrik Stansiyasını işə salıb, Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olub, Zəngilan şəhərində ilk yaşayış binasının və məktəbin təməlqoyma mərasimlərində iştirak ediblər.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda axtarışda olan şəxs polis əməkdaşına xəsarət yetirərək qaçmağa cəhd göstərib
  2. Goranboyda evdən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  3. Nizami rayonunda avtomobillər toqquşub, 23 yaşlı qız xəsarət alıb
  4. Xırdalanda 17 yaşlı qızı avtomobil vurub
  5. Salyanda iki avtomobil toqquşub, xəsarət alanlar var
  6. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  7. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  8. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  9. Xətai rayonunda yaşayış binasında yanğın olub
  10. Bakıda baldız yeznəsini bıçaqlayıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək. Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a Ətraflı
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”