Qulu Məhərrəmli: “Ofisi bağlayıb, şələ-şülələrini qoltuqlarına vermək olar”
- 8-08-2022, 20:35
- Cəmiyyət
“Ofisi bağlayıb, şələ-şülələrini qoltuqlarına vermək olar. Amma bizə lazımdır ki, “Sputnik-Azərbaycan” gerçəkləri yazsın, məlumatları həqiqətə uyğun olsun. Əgər həqiqətə uyğun deyil, manipulyativ fəaliyyətlə məşğuldursa, əlbəttə, bağlanması zəruridir”.
Bunu Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Bakupost.az-a açıqlamasında deyib.
O, “Sputnik-Azərbaycan”ın bağlanması ilə bağlı əvvəllər də müzakirələrin olduğunu bildirib:
“Əksəriyyətin fikri ondan ibarətdir ki, bu sayt anti-Azərbaycan fəaliyyəti göstərir və bağlanmalıdır.
Onun fəaliyyəti əgər akkreditasiya olunduğu zaman qəbul etdiyi öhdəlik və şərtlərə uyğundursa, fəaliyyət göstərə bilər. Əgər burada hansısa bir ölkənin təmsilçisi, onun maraqlarının ifadəçisi kimi çıxış edirsə, medianın məlumatlandırma fəaliyyətindən daha çox siyasi fəaliyyətlə məşğuldursa, bu halda həmin agentlik öz məqsədinə, statusuna uyğun fəaliyyət göstərmədiyi üçün bağlana bilər. Amma bağlanmaqla məsələ həll olunmur”.
Q.Məhərrəmli hesab edir ki, Azərbaycan tərəfi “Sputnik Azərbaycan”ın Moskvadakı ofisi ilə ciddi danışıqlar aparmalıdır:
“Burada söhbət “Sputnik-Azərbaycan”ın təsisçilərindən gedir. Danışıqlar zamanı Azərbaycan gerçəklərini göstərə və narazılıqlarını ifadə edə bilərlər. Yəni, tam mümkündür ki, “Sputnik-Azərbaycan” həqiqətən də təsisçi səviyyəsində problemləri çox dəqiq bilmir. Onun yönəldicisi, icraçısı təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də Rusiyanın marağını yox, etnik erməni maraqlarını güdür. Ona görə də bu istiqamətdə ciddi addımlar atmalıyıq”.