Yeni ştamm daha yoluxucudur - Professordan XƏBƏRDARLIQ
- 1-02-2021, 13:14
- Cəmiyyət
“COVID-19-un xeyli mutasiya olunmuş formaları, ştamları var. Britaniyada aşkar olunan ştammın bir çox özəlliyi var. Özəlliyi ondan ibarətdir ki, daha çox yoluxucudur. Amma onun öldürücülük qabiliyyəti COVID-19-un digər ştamları qədər deyil”.
Bunu Publika.az-a açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, vaksin yeni növ ştamlara qarşı immunitet yaradır:
“Bu baxımdan hesab edirəm ki, yeni növ virus və ştamlara qarşı vaksinasiyanın rolu çox önəmlidir. Burada əsas şərtlərdən biri də karantin davranışlarına riayət etməkdir. Tibbi maska taxmaq, ondan düzgün istifadə etmək, məsafə gözləmək, əllərin dezinfeksiyası hətta vaksin olunmuş şəxslər üçün də ay yarım müddətində çox vacibdir. Hesab edirəm ki, yeni ştammın yayılmaması, onun qarşısının alınması üçün bu gün dünyada başlanan effektiv vaksinasiya məsələsinə xüsusi rəvac verilməlidir”.
Adil Qeybullanın fikrincə, bu məsələ daha çox intensivləşməlidir: “Çox təəssüflər olsun ki, vaksinasiya məsələsi əleyhinə kampaniya davam edir. Necə ki, əvvəllər koronavirus haqqında deyirdilər ki, virus yoxdur, boş şeydir, indi də vaksinasiya ilə bağlı bu cür fikirlər, dezinformasiyalar səsləndirirlər. Bu cür dezinformasiyalar yolverilməzdir. Hesab edirəm ki, vaksinasiyaya dəstək verilməlidir. Bu, pandemiyaya gedən yolu daha da qısaldır”.