azadses.az » Cəmiyyət » Bakıdakı xəstəxana rəhbərlərinə XƏBƏRDARLIQ: Daha sərt tədbirlər görüləcək - FOTO

Bakıdakı xəstəxana rəhbərlərinə XƏBƏRDARLIQ: Daha sərt tədbirlər görüləcək - FOTO

Ən çox şikayət daxil olan müəssisələrin rəhbərlərinə öz işlərində dönüş yaratmaları üçün bir daha xəbərdarlıq olunub. Bundan sonra şikayət daxil olan müəssisə rəhbərləri ilə bağlı daha sərt inzibati cəza tədbirlərinin görüləcəyi diqqətə çatdırılıb.

Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib.

Belə ki, Bakı Baş Səhiyyə Mərkəzində Mərkəzin tabeliyində olan tibb müəssisələrinin 2022-ci ilin 6 aylıq yekun hesabatına həsr olunmuş iclasda Mərkəzinin direktoru Elçin Əmirov, direktor müavinləri, şöbə müdirləri, tabeli tibb müəssisələrinin rəhbərləri iştirak edib.

İclasda çıxış edən Bakı Baş Səhiyyə Mərkəzinin Tibbi Statistika və Analitika şöbəsinin, Maliyyə Departamentinin, Monitorinq və Nəzarət Departamentinin, Əlillik məsələlərinə nəzarət şöbəsinin əməkdaşlarının məruzələri dinlənilib.

Eyni zamanda, 13 nömrəli Şəhər Poliklinikasının, 8 nömrəli Uşaq Poliklinikasının, Xocasən Sağlamlıq Mərkəzinin rəhbər şəxsləri sözügedən tibb müəssisələrinin 6 aylıq yekun hesabatı barədə çıxışlar edib, görülən işlər barədə məlumat verib.

Sonda Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov tibb müəssisələrinin cari problemləri, mövcud çatışmazlıqlar və problemlərin həlli yolları barədə çıxış edib, əhalinin tibbi xidmətə əlçatanlığının təmin edilməsi, göstərilən xidmət keyfiyyətinin artırılması istiqamətində müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Belə ki, tibbi xidmətin təşkilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin qərarlarına, hüquqi-normativ sənədlərin icrasına ciddi riayət olunmasının, əhalinin maarifləndirilməsi istiqamətində tibbi fəaliyyət göstərilməsinin, etik davranış qaydalarına əməl edilməsinin təmin olunmasının, nöqsanların aradan qaldırılması üçün tədbirlər görülməsinin zəruriliyi diqqətə çatdırılıb.

E.Əmirov çıxışında Bakı Baş Səhiyyə Mərkəzinin gələcək planları haqqında da məlumat verib. Yaxın dövr ərzində Mərkəzin bütün müəssisələrini əlaqələndirən “Çağrı Mərkəzi”nin yaradılacağı, təmirə ehtiyacı olan bir sıra tibb müəssisələrinin təmiri, kompüterlərlə təmin olunması, tibb müəssisələrinə giriş-çıxış qeydiyyatının elektronlaşdırılması, tibb işçilərinin təminatının, müəssisələrin təchizatının yaxşılaşdırılması üçün işlər görüləcəyi vurğulanıb.




DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?