Buraxılış imtahanında eyni nəticəni göstərən qardaşlardan biri 661 bal topladı, yenidən sınağa girəcək - FOTO
Bir müddət əvvəl sosial şəbəkələrdə qubalı iki qardaşın buraxılış imtahanlarında eyni - 277 bal toplamaları trendə çevrilmişdi. Artıq qardaşların böyüyü, bu il Azad Məmmədov adına Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseyi bitirən Əli Vahabov artıq tələbə olmaq arzusuna çatıb.
Bizim.Media-nın məlumatına görə, Əli Vahabov iyunun 5-də IV qrup üzrə verdiyi qəbul imtahanında 384 bal toplayaraq ümumilikdə 661 bal yığıb:
“Qardaşım Əfqanla buraxılış imtahanında eyni balı toplamışdıq. Əfqan 9-cu sinfi bitirdi, mən 11-ci sinfi. Gecə-gündüz çalışdım, şadam ki, zəhmətkeş valideynlərimin əziyyətini yerə vurmadım. Sevinirəm ki, müəllimlərimin də etimadını doğrultdum”.
Əli həkim olmaq arzusundadır. Tibb Universitetinin müalicə işi fakültəsində təhsil almağı qərara alıb. Amma o, topladığı 661 bala qane olmaq istəmir. İyulun 21-də keçiriləcək şans imtahanına qatılıb daha yüksək nəticə qazanmaq üçün çalışır. Deyir ki, hədəfim 700 bala çatmaqdır. Gənc məzuna uğurlar arzulayırıq!