azadses.az » Cəmiyyət » 688 bal toplayan tələbə: “Sosial şəbəkələrdən daha az istifadə etməli oldum”

688 bal toplayan tələbə: “Sosial şəbəkələrdən daha az istifadə etməli oldum”

“Təhsilimi yerli və xarici olmaqla iki universitetdə davam etdirmək istərdim”.
Bu sözləri Oxu.Az-a II ixtisas qrupu üzrə ali məktəbə qəbul imtahanlarından 688 bal toplayan Murad Mustafazadə deyib. M.Mustafazadə Sumqayıt şəhərində yaşayır və Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur.
O deyir ki, beşinci sinfə qədər Sumqayıt şəhəri 41 nömrəli tam orta məktəbdə təhsil alıb:
“Beşinci sinifdən imtahan verərək, yüksək nəticə ilə Təbiət Elmləri Təmayüllü Gimnaziyaya qəbul olmuşam. Dil biliklərimi təkmilləşdirməyə üstünlük vermişəm. İELTS və digər sertifikatlarım var. Davamlı olaraq intellektual oyunlara qatılırdım, olimpiyadalarda iştirak edirdim. Bu, biliklərimin dərinləşməsində çox önəmli nüanslardan biridir. 2019-2020-ci ildə keçirilən olimpiyadalarda coğrafiya fənni üzrə ikinci yer tutmuşam və tam orta təhsilimi qızıl medal, qızıl attestatla bitirdim”.
M.Mustafazadə ali məktəbə hazırlaşdığı zamanlarda özünə xüsusi məhdudiyyətlər qoymadığını deyir:
“Bu il nəinki mənə, bütün abituriyentlərin hazırlıq prosesinə pandemiyanın təsiri olub. Onlayn keçirilən dərslər zamanı çətinlik yaradan məqamlar olurdu. Üzbəüz əlaqədə olmadığımız üçün suallar ünvanlamaq operativ cavab almaq bəzən mümkün olmurdu, amma müəllimlərimiz də əllərindən gələni edirdi. Bizlərə dəstək olurdu. Amma bütün hallarda mən özümə xüsusi məhdudiyyətlər qoymamışam. Doqquzuncu sinfə qədər ixtisas qrupları barədə məlumatlar topladım və öz istəyimə uyğun ixtisas qrupunu seçdim. Hazırlıq müddətində sadəcə sosial şəbəkələrdən daha az istifadə etməli və dərslərə daha məsuliyyətlə yanaşmalı olduğum fikrini özümə təlqin edirdim.
Mən iqtisadiyyat sahəsini, xüsusilə də biznesin idarə edilməsi bölməsini istəyirəm. Azərbaycanda biznesin idarəedilməsi çoxşaxəlidir. Ali təhsil kimi həm yerli, həm də xarici universitetlərdən cavab gözləyirəm. Xüsusilə Türkiyənin Yaxın Şərq Texniki Universitetini (ODTÜ) nəzərimdə saxlamışam. Yerli ali məktəblərdən isə İqtisadiyyat Universitetinin tələbəsi olmaq istəyirəm”.
M.Mustafazadə də zəhmətinin bəhrəsini görən abituriyentlərdən biri kimi, sevincini ilk olaraq ailəsi ilə bölüşdüyünü deyir:
“Topladığım balı öyrəndiyimdə çox sevindim. İlk olaraq bu barədə ailəmə xəbər verdim. İnanıram ki, insan qarşısına məqsəd qoyanda hər şeyə nail ola bilər. Ali məktəbə hazırlaşan abituriyentlərə məsləhətim oldur ki, qarşılarına məqsəd qoysunlar. Gündəlik plan tərtib etsinlər və ona uyğun zaman bölgüsü aparsınlar. Təbii ki, üstünlüyü dərslərə versinlər, amma çox oxumaq savadlı olmaq demək deyil. Əsas keyfiyyət göstəricisidir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
  2. Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var
  3. Sumqayıtda təlim maşını yanıb
  4. Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var
  5. Nərimanov rayonunda 48 yaşlı kişini avtomobil vurub
  6. Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
  7. Yer kürəsində rekord dərəcədə istilik müşahidə olunur
  8. Suraxanıda 16 yaşlı gənci avtomobil vurub
  9. Nərimanov rayonunda yol qəzası olub, yaralanan var
  10. Qobustanda avtomobil aşıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib