azadses.az » Cəmiyyət » “4S” və “Claas” Azərbaycan fermerlərinə innovativ texnikalar təklif edir - FOTO/VİDEO

“4S” və “Claas” Azərbaycan fermerlərinə innovativ texnikalar təklif edir - FOTO/VİDEO

Mayın 18-dən Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və ən çox ziyarət edilən sərgilərindən biri - 15-ci “Caspian Agro” sərgisi keçirilir. Azərbaycanın aqrar sektorunun ən iddialı şirkətləri sırasına qısa müddət ərzində daxil olan “4S” şirkəti artıq üçüncü dəfədir ki, bu sərgidə iştirak edir.

“4S” şirkətinin direktoru Elxan Ələkbərov sərgidə təqdim olunan texnikalar və innovativ sistemlər haqqında ətraflı məlumat verib. O qeyd edib ki, yarandığı gündən etibarən “4S” şirkətinin əsas hədəfi dünyanın və xüsusən də Almaniya sənayesinin aqrar sahə üçün innovativ yeniliklərini Azərbaycana gətirmək və ölkəmizdə intensiv, texnologiya əsaslı aqrar sahənin inkişafını dəstəkləməkdir:

“Azərbaycan fermerlərinin etibarlı iş yoldaşına çevrilmiş “ARION 430” modeli ziyarətçilərə təqdim edilir. Biz “ARION 430” modelli traktorun istismarı, incəlikləri və tənzimləmələri ilə bağlı xarici ekspertlərdən dolğun informasiya almaq imkanı da yaratmışıq. Həm də hal-hazırda bu modeli istismar edən və istismarı imkanları ilə tanış olmaq istəyən fermerlər üçün əla fürsətdir.

Eyni zamanda sərgi çərçivəsində “Claas” konserninin zəhmətkeşi statusunu uğurla daşıyan “QUADRANT 5300” pres bağlayanı da təqdim edilir. Bu texnika hər 1 dəqiqəyə 450 kiloqram pres bağlamaq imkanına malikdir. Bu isə öz sinfində ən sürətli göstərici hesab edilir.

Həmçinin builki sərgidə “Claas Dominator” kombaynının yenilənmiş və gücləndirilmiş versiyası ziyarətçilərə təqdim edilib. Bu kombayn artıq uzun illərdir Azərbaycan fermerlərinin ən etibarlı tərəfdaşına çevrilib və özünü uğurla təsdiq edib. Etibarlı və həmişə işləməyə hazır olan dominatorun yeni 260 seriyasının iş imkanları yaxın zamanlarda ölkə fermerlərinin iştirakı ilə sahədə nümayiş olunacaq. Qısa deyim ki, yeni “Dominator” 5 saman silkələyənə, eyni zamanda 60% böyüdülmüş təmizləmə sahəsinə, 2 dəfə böyük taxıl çəninə malikdir. Yeni “Dominator”un çənini cəmi 1 dəqiqəyə boşaltmaq mümkündür və bu da sahədə iş əmsalının və yığımın sürətini artırmağa şərait yaradır. Kombayn bütün növ taxıl bitkilərinin yığımında yüksək məhsuldarlıq göstərir. Bu texnikanın bütün imkanlarının təqdimatı üçün yaxın zamanlarda xüsusi proqram üzrə tədbirlərin icrasına start veriləcək”.

Əlavə olaraq, Elxan Ələkbərov vurğulayıb ki, “4S” şirkəti olaraq digər rəsmi tərəfdaşımız olan ABŞ-ın “LINDSAY” şirkətinin stendində müasir suvarma avadanlığı ilə bağlı innovativ həllər, məsafədən idarəetmə sistemləri nümayiş etdirilir:

“Xüsusən ekspertlərdən “FieldNET” distant idarəetmə sistemi ilə bağlı ətraflı məlumat almaq mümkündür.”FieldNET”in üstünlükləri bununla bitmir, daha detallı məlumat üçün stendimizi ziyarət etməyi tövsiyə edirəm.

“4S” şirkəti təklif etdiyi bütün kənd təssərüfatı məhsullarını 20% ilkin ödəniş, 40% subsidiya və 40% əlverişli lizinq şərtləri ilə təklif edir. Eyni zamanda məhsulun növündən və gücündən asılı olaraq onlara uzunmüddətli keyfiyyətli servis xidməti təklif etməkdədir”.










DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  2. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  3. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  4. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  5. Bakıda yol qəzası olub, xəsarət alan var
  6. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  7. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  8. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  9. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  10. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı