Yevlaxda korrupsiyaya qarşı mübarizəyə dair müşavirə keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətində rayon rəhbərliyinin, rayonun hüquq-mühafizə orqanlarının, Rayon Təhsil Şöbəsinin və Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin və rayonun xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə korrupsiya və rüşvət kimi neqativ hallara qarşı mübarizə, həyata keçirilən profilaktik tədbirlər mövzusunda geniş tərkibli müşavirə keçirilib.
“Azadsəs.az” xəbər verir ki, müşavirədə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bildirib ki, Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixli Sərancamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Ölkəmizdə bu sahədə görülən işlər, həyata keçirilən islahatlar barədə geniş məlumat verən Anar Tağıyev qeyd edib ki, korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətidir.
Bildirilib ki, son illərdə rayonda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də şəffaflıq tam təmin olunur, mövcud olan neqativ hallar aradan qaldırılır. Bu müşavirənin keçirilməsində əsas məqsəd təhsil sahəsində olan şəffaflığı qorumağı bir daha müzakirə etmək, bu sahədə aparılan işlərin davam etdiriləcəyini bir daha diqqətə çatdırmaq, xatırlatmaqdır. Bu gün hər bir təhsil işçisinin üzərinə rayonda təhsilin keyfiyyətini artırmaq, ən əsası da bu sahədə olan şəffaflığı tam təmin etmək kimi böyük məsuliyyət düşür.
Qeyd edilib ki, ölkə başçısının hər bir rəhbər şəxs qarşısında qoyduğu əsas tələb vətəndaşa xidmət, rüşvət və korrupsiya hallarına qarşı barışmaz mövqe tutmaqdır. Bu istiqamətdə hüquq mühafizə orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə aparılan bu kimi maarifləndirici tədbirlərin qabaqlayıcı əhəmiyyəti vurğulanıb.