Həbs edilən icra başçısının oğluna vəzifə verildi
- 13-01-2021, 14:28
- Cəmiyyət
Rüşvət və korrupsiya ittihamı ilə Dövlət Təhlükəsiliyi Xidməti (DTX) tərəfindən həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin oğlu yenidən prokurorluq orqanlarında fəaliyyətə başlayıb.
''Azad Səs''-in xəbərinə görə, Baş prokurorun əmri ilə, Ramal Nizaməddin oğlu Quliyev prokurorluq orqanların müstəntiq təyin olunub.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və N.Quliyev həbs edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Ramal Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı vəzifəsindən azad olunub.Unikal.org