azadses.az » Cəmiyyət » “İndi həmin adamın adını çəkə bilmirəm, vaxt gələr, deyərəm”

“İndi həmin adamın adını çəkə bilmirəm, vaxt gələr, deyərəm”

Fotoda İbrahim Zeynalov Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda sabiq iş adamı İbrahim Zeynalovdan 8 milyon dollar rüşvət alınması epizodu araşdırılıb. Yataq xəstəsi olan İ.Zeynalov çətinliklə yeridiyi üçün məhkəmə binasına bir neçə nəfərin köməyi ilə gətirilib. O, ifadəsində deputat Ziyad Səmədzadənin onu sifarişli şəkildə həbs etdirməkdə ittiham edib: “Ziyadla uzun illər dost olmuşuq. O, mənim harada nəyim vardısa, bilirdi. Zavodum, fabrikim, sexlərim, evlərim, mülklərim var idi. Ağlıma gətirməzdim ki, bu adamdan bir gün təhlükə gələ bilər. Çünki illər boyu Ziyad Səmədzadənin cib xərcliyini, səfərlərinin maliyyələşməsini eləmişdim. Qızına torpaq bağışladım, həmin torpaqda inşa edilən evin tikinti materiallarını, kafel-metlaxını, qranit daşlarını Almaniyadan alıb gətizdirdim, hədiyyə elədim. İllərlə toy-yasımız bir olub. Bir gün Ziyad düşünüb ki, mənim biznesimə şərik ola bilər. Mənə deyəndə ki, biznesinin 49 faizini mənim adıma sənədləşdir, ona cavab verdim ki, Ziyad, bilirsən ki, biznesi uşaqlarıma görə qurmuşam, sənə pay verə bilmərəm. Dedim, get işinlə məşğul ol! Ziyad dedi sənin başına oyun açacağam! Ağlıma gəlməzdi ki, məni tutdurar. Bu söhbətdən az müddət keçdi, günlərin birində məni MTN-ə sifariş edib tutdurdu”.

“Ziyad Səmədzadənin Eldar Mahmudovla birlikdə başıma açdıqları oyun”

Sabiq iş adamı bildirib ki, 19 dekabr 2008-ci ildə səhər işə getmək üçün evdən çıxarkən MTN əməkdaşları onu saxlayıb: “Məni Yasin Məmmədovun kabinetinə apardılar. Yasin barmağı ilə 1 işarəsini göstərib dedi ki, bunu verməsən, səni buraxmayacağıq. 1 milyon deyirsən, soruşdum? Dedi ki, yox, 10 milyon deyirəm. Məni MTN-ə aparanlardan biri əlində kağız və pul ilə birlikdə gəldi dedi ki, “sənin işçin Solmazı gətirmişik, buradadır. Deyir ki, sənə 1650 manat pul verib, həmin pul əlimdəki puldur”. Nazim pulu göstərib “bu pulu sənin üzərindən aşkar etməyimizi, həmin pulun sənə Solmaz tərəfindən verildiyini sənəddə yazmışıq, götür bu sənədi imzala, narahat olma, hər şey yaxşı olacaq” dedi. Başa düşdüm ki, bütün bunlar Ziyad Səmədzadənin Eldar Mahmudovla birlikdə başıma açdıqları oyundur. Tutulacağımı başa düşdüyümə görə həmin sənədi imzaladım. Səhərə kimi orada qaldım.Barəmdə cinayət işi başlandı, həbs edildim. Ertəsi gün Mövlam Şıxəliyev məni qəbul etdi. Məni qanunsuz işlər görməkdə ittiham etdi. Yasinə 10 milyon dollar pul düzəltmək mümkün olmadığını dedim. Hələlik 2 milyon manat verə biləcəyimi dedim. Qalanını da azadlığa çıxandan sonra hissə-hissə düzəldib verməyi təklif elədim. Vəkilim vasitəsilə oğluma “məndən 10 milyon istəyirlər, əmlaklarımızı sat, pulu ver, burada qala bilmirəm” məzmunlu məktub yazdım. İlqar da xəbər göndərdi ki, “artıq evin birini satmışıq, bütün əmlakları satışa çıxarmışıq, darıxma, pul düzəldirik”.

“Ailəmi, hər şeyimi itirdim, vaqonda yaşayıram”

İbrahim Zeynalov bildirib ki, həbsdən çıxmazdan əvvəl Mövlam Şixəliyev onunla görüşərək Ziyad Səmədzadə ilə münasibətlərini dəqiqləşdirib: “2009-cu ilin iyulunda oğlum 8 milyon dollar pul verdi, bir neçə gün sonra məni buraxdılar. Oğlum, qızım, həyat yoldaşım aparılan qanunsuz axtarışlar zamanı qorxu-həyəcan keçiriblər. Evlərimizdə qızıl-brilyant, pul axtarıblar. Divarları “laqonda” ilə kəsib-doğrayıblar, parket döşəmələri söküb seyf axtarıblar. Qızım bu hadisə zamanı həyəcan keçirib, qorxdu, xəstəlik tapdı. Oğlum, ardınca da qızım dünyasını dəyişdilər. Həyat yoldaşım da uşaqlarımızın ölümünə dözmədi, o da həyatdan getdi. Bu adamlar mənim həyatımı alt-üst etdilər. Heç nəyim qalmadı. İllərdir ki, Neftçalada vaqonda yaşayıram.



1650 manat rüşvəti polis və ya uzağı prokurorluq araşdıra bilərdi. Bu məsələnin MTN-ə heç bir aidiyyəti yox idi. Çünki rüşvət məsələsi də yox idi. Mənim həbsimi Ziyad Səmədzadə sifariş edib, bunlar da mal-mülkümü əlimdən almaq üçün bir ittiham uydurub məni həbs etdilər. Məni faktiki olaraq girov götürüblər. 7 ay 17 gün girov saxlayıblar”.

Mövlam Şıxəliyev İbrahim Zeynalovun ifadəsinə reaksiya verib: “Bu məsələnin araşdırılması xüsusi tapşırıqla bizə həvalə olunmuşdu. Xüsusi nəzarətdə idi. Mən indi həmin adamın adını çəkə bilmirəm. Çünki səhər mətbuatda çıxacaq. Vaxt gələr, zaman gələr, açıb deyəcəyəm. Bu işə prokurorluğun da xüsusi nəzarəti olub”.

Məhkəmə aprelin 12-də davam etdiriləcək.

Qeyd edək ki, Mövlam Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda axtarışda olan şəxs polis əməkdaşına xəsarət yetirərək qaçmağa cəhd göstərib
  2. Goranboyda evdən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  3. Nizami rayonunda avtomobillər toqquşub, 23 yaşlı qız xəsarət alıb
  4. Xırdalanda 17 yaşlı qızı avtomobil vurub
  5. Salyanda iki avtomobil toqquşub, xəsarət alanlar var
  6. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  7. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  8. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  9. Xətai rayonunda yaşayış binasında yanğın olub
  10. Bakıda baldız yeznəsini bıçaqlayıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək. Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a Ətraflı
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”