Rüstəm Usubov generalın məhkəməsində dindiriləcək?
- 14-02-2022, 20:42
- Siyasət
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və idarənin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi sabah davam etdiriləcək.
Qaynarinfo xəbər verir ki, sabah keçirilən prosesə media mənsubları da buraxıla bilər.
Məlumat üçün deyək ki, məhkəmə qapalı olmasa da, naməlum səbəblərdən jurnalistlər prosesə buraxılmır. Media mənsubları bir neçə dəfə bununla bağlı etiraz aksiyası keçirib. Lakin hakim Bakı Hərbi Məhkəməsinin hakimi Elbəyi Allahverdiyev bu etirazlara məhəl qoymayıb.
Zərərçəkənlər də jurnalistlərin prosesə buraxılmasını dəfələrlə tələb ediblər. Əldə etdiyimiz məlumata görə, bu problem sabahkı prosesdə həllini tapa bilər.
Başqa bir məlumat isə ondan ibarətdir ki, prosesdə Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun dindirilməsi məsələsi qaldırılacaq. Ötən proseslərdə bir neçə dəfə onun adı hallanıb. Daha doğrusu, Mövlam Şıxəliyev və digərləri onun da məsuliyyət daşıdığına işarə vurub. General ötən proseslərdə "Mən bu işlərdə heç kim olmuşam. Rüstəm Usubov məsələni həll etdiyi üçün mən qarışa bilməmişəm” deyib.
Mövlam Şıxəliyevin bu sözləri Rüstəm Usubovun dindirilməsi üçün əsas yaradıb. Bu baxımdan, zərərçəkənlər və onların vəkilləri Usubovun da dindirilməsini tələb edir.