azadses.az » Cəmiyyət » “Azərbaycan daha da inkişaf edəcək və möhtəşəm uğurlara imza atacaq”

“Azərbaycan daha da inkişaf edəcək və möhtəşəm uğurlara imza atacaq”

“11 aprel 2018-ci il prezident seçkilərindən ötən 4 ildə Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurlara diqqət yetirsək miqyasının geniş və qürurverici olduğunu böyük əminliklə qeyd edə bilərik. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təkmil islahatlar, yenilikləri özündə əks etdirən və gələcəyə hesablanmış siyasət hər bir hədəfə yüksək səviyyədə nail olmağa geniş imkanlar açır. Ümumilikdə İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı gündən əsas hədəf ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı daha güclü, qüdrətli dövlətə çevirmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. Bu reallıq beynəlxalq səviyyədə də qeyd edilir ki, dövlətinin, xalqının gələcəyini düşünən Lider hər zaman ölkəsini irəli aparacaq. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında da “Biz daim irəli baxmalıyıq” prinsipi dayanır. Ölkəmizin hərtərəfli inkişafı, regionda və dünya birliyində söz sahibi kimi mövqeyinin möhkəmləndirilməsi üçün bütün addımlar atılıb və bu gün də uğurla davam etdirilir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası ölkələr, xalqlar arasında körpünü daha da möhkəmləndirir. Bu layihələrin regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuz qazanmasını şərtləndirir. Uğurlarımızın davamlılığını təmin edən əsas faktor dövlət başçısı İlham Əliyevin zəngin dövlət idarəçiliyi təcrübəsi, möhkəm siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti və cəsarəti, böyük natiqlik məharətidir. Artıq Azərbaycan iki ilə yaxındır ki, qalib ölkə kimi tarixi Zəfərimizin reallıqlarının qəbulu istiqamətində səylər göstərir. 2018-ci il prezident seçkilərindən ötən dövrün uğurlarının zirvəsində məhz ərazi bütövlüyümüzün bərpası dayanır”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrası nəticəsində qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi bu mərhələdə də prioritet olub. Belə ki, sayca dördüncü olan “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilib: “Regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. Dördüncü Dövlət proqramının uğurlu icrası, hədəflərə yüksək səviyyədə nail olunması son illərin sosial-iqtisadi göstəricilərində də özünü təsdiqləyir.Artıq tarixi Zəfərimizin reallıqlarına uyğun olaraq iqtisadi rayonların yeni bölgüsü ilə bağlı Fərman imzalanıb, eyni zamanda, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqlənib”.

Malik Həsənov bu faktı qeyd edib ki, dövlət başçısı İlham Əliyevin təkcə 2021-ci ildə bölgələrə 47 səfəri olub ki, onların 32-si işğaldan azad edilmiş ərazilərdir: “32 səfərin 7-si isə Qarabağın tacı olan Şuşa şəhərinədir. Hər bir səfər yeni sosial obyektlərin təməlinin qoyulması, yaxud açılışı ilə yadda qalır. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri hazırkı dövrün əsas hədəfidir. Məqsəd tezliklə soydaşlarımızın Böyük Qayıdışını reallaşdırmaqdır. Son iki ilə yaxın dövrdə bu istiqamətdə görülən işlərin miqyası ölçüyəgəlməzdir. Azərbaycan xalqı torpaqlarına qovuşduğu üçün həm qürurludur, həm də onların qısa zamanda dirçəldilərək cənnət məkana çevrilməsinə, əvvəlki şöhrətlərinin özlərinə qayıtmasına səy göstərir. Azərbaycanın öz daxili imkanları hesabına görülən bərpa və quruculuq işləri uğurlarımızın təqdimatıdır”.

Millət vəkili qeyd edib ki, 2018-ci il prezident seçkilərindən sonra islahatların anonsu verilib: “Bu islahatlar qaçılmazdır, dövrün tələblərinə əsaslanır, ölkəmizin daha da qüdrətlənməsinə xidmət edir. Bu islahatların qanunverici orqanda da öz əksini tapması üçün 2020-ci il 9 fevral tarixində ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirildi. Bu kimi mühüm addımlar Azərbaycanın demokratik ölkə imicini daha da möhkəmləndirir”.

“Hər günümüz Azərbaycanın tarixinə mühüm uğurlarla yazılır” söyləyən Malik Həsənov 11 aprel 2018-ci ildən sonrakı dövrü belə ümumiləşdirib ki, hər zaman olduğu kimi sabitliyin qorunması, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi və bu fonda sosial müdafiənin gücləndirilməsi, ordu quruculuğu, siyasi müstəqilliyin möhkəmləndirilməsi və sair kimi uğurlarımız 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə yol açdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın xilaskarı, ordumuz dünyanın ən güclü ordusu, xalqımız yenilməz, məğrur xalq kimi tarixə yazıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək və möhtəşəm uğurlara imza atacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  2. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  3. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  4. Binədə yolu keçən qadını avtomobil vurub
  5. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  6. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  7. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  8. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  9. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  10. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?