azadses.az » Cəmiyyət » “Həmrəyliyimiz ölkəmizin davamlı inkişafının rəmzidir” - Şahin İsmayılov

“Həmrəyliyimiz ölkəmizin davamlı inkişafının rəmzidir” - Şahin İsmayılov

Bildiyimiz kimi, 1991-ci ildən 31 dekabr dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu milli həmrəylik və bunun xüsusi olaraq bayram kimi qeyd edilməsinin çox böyük fəlsəfəsi var.

Həmrəylik gününün qeyd edilməsi tarixi zərurət və mənəvi ehtiyac idi. Ümummilli liderimizin uzaqgörən siyasəti bu birliyin gələcəkdə dünya azərbaycanlılarının təşkilatlanması, diaspor fəaliyyətinin stimullaşdırılması, milli mənsubiyyətimizin təbliği və ümumilikdə ölkəmizin inkişafında mühüm rol oynadı. Dünya azərbaycanlılarının həmrəylik günü müstəqilliyini yenidən bərpa edən ölkəmizin vətəndaşlarının həmrəy olmasında müstəsna rol oynadı. Ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət edən milli həmrəylik həm də gənc nəslin milli, vətənpərvərlik ruhunda böyüməsinə səbəb olmuşdur.
Azərbaycan gəncləri bunu xüsusən də 44 günlük haqq savaşımızda göstərdiyi şücaətlə sübut etdi. Dünyanın müxtəlif yerlərində həmrəylik gününün böyük təmtəraqla qeyd edilməsi insanlarımızın bu kimi ümummilli məsələlərdə daha həssas olmasını simvolizə edir. Həmrəyliyimiz ölkəmizin davamlı inkişafının rəmzidir.

2021-ci il ölkəmiz üçün kifayət qədər əlamətdar bir il oldu. Bu il baş verən əlamətdar hadisələrə qlobal pandemiya ilə mübarizənin davam etdirilməsi, post müharibə dövründə baş verən siyasi proseslər, böyük qayıdış üçün işğaldan azad edilən ərazilərdə sürətlə həyata keçirilən quruculuq işləri, bu hadisələrdən irəli gələn bir sıra fəaliyyətləri sadalaya bilərik. 2021-ci ildə xalqımız ilk dəfə olaraq Zəfər gününü qeyd etdi. Qürur hissi və coşqu ilə keçən Zəfər günü müqəddəs bayram kimi fərqlənirdi. Bu il ən çox diqqət çəkən məsələlərdən biri də təbii ki, sosial məsələlər idi. Dövlət bu istiqamətdə də öz missiyasını uğurla həyata keçirdi. Son dövrlərdə həyata keçirilən islahatlar, yeni çağırışlar daha çox və daha faydalı işlərin görülməsi üçün zərurət yaratdı. Bu proses də uğurla icra olunub və davam etməkdədir. Geridə qoyduğumuz bir il ərzində demək olar ki, hər gün ölkəmiz üçün əhəmiyyət kəsb edən hər hansı bir hadisənin şahidi olduq. Bu və əldə olunan bütün uğurlar Prezident İlham Əliyevin başçılığı ilə göstərilən çoxşaxəli fəaliyyətin nəticəsidir. Bundan sonrakı dövrdə də bu proseslər sürətlə davam edəcək, dövlətimizin inkişafı, xalqımızın əmin-amanlığı və rahat yaşaması üçün yeni uğurların şahidi olacağıq.

Fürsətdən istifadə edib dünya azərbaycanlılarını həmrəylik günü münasibətilə təbrik edirəm. Əminliklə qeyd edə bilərik ki, biz bundan sonra da bir yumruq kimi birləşəcək, həmrəy olub ölkəmizin davamlı inkişafı, milli mənsubiyyətimiz kimi ideoloji məsələləri təmin edəcəyik.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  2. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  3. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  4. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  5. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  6. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  7. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  8. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  9. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  10. Şabranda evə basqın olub, ölən və yaralanan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”