azadses.az » Cəmiyyət » BMU dron texnologiyaları üzrə mütəxəssis hazırlığına başlayır

BMU dron texnologiyaları üzrə mütəxəssis hazırlığına başlayır

Bakı Mühəndislik Universiteti (BMU) Koreyanın İnha Universiteti ilə birgə dron texnologiyaları üzrə mütəxəssis hazırlığına başlayır. Bu sahə üzrə mütəxəssis hazırlığının həyata keçirilməsi BMU ilə İnha Universiteti arasında cari ildən icrasına başlanılan ikili diplom proqramına əsasında gerçəkləşir.

''Azad Səs'' Demokrat.az-a istinadən xəbər verir ki, proqram çərçivəsində BMU-da İnşaat mühəndisliyi, İnformasiya texnologiyaları, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə hazırki əmək bazarında daha çox tələb olunan bir sıra yeni ixtisas fənnləri tədris olunacaq. Bu sırada Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisaslarında “Dron mühəndisliyi”nə aid dərslərin tədrisi aparılacaq. “Dron mühəndisliyi” fənninin tədrisi ilə yanaşı, “İnsansız avtonom elektron qurğuların idarə olunması”, “Video görüntülərin emalı” və s. fənlərin də tədrisi nəzərdə tutulur. Qeyd olunan əlavə fənlər “Dron mühəndisliyi”ndə daha çox istifadə olunur.

Sözügedən sahədə ixtisaslı kardların hazırlanması geniş yayılsa da ölkəmizdə ilk dəfə olaraq BMU-da ikili diplom proqramı çərçivəsində bu işə start verilir. Tədris olunan həmin fənn hesabına gələcəkdə Azərbaycanın hərbi qüdrətinin daha da gücləndirilməsi istiqamətində “Dron mühəndisliyi” ixtisasının təşkili və qurğuların BMU-nun Texnoparkında prototiplərinin hazırlanması planlaşdırılıb.

BMU, “Dron mühəndisliyi” ixtisasının hazırlanması istiqamətində xarici tərəfdaş universitetlər və transmilli şirkətlərlə də intensiv işlər aparılır.

Qeyd edək ki, BMU ilə İnha Universiteti arasında bu ildən icrasına başlanılan ikili diplom proqramı çərçivəsində tədris olunacaq yeni ixtisas fənləri sırasına İnşaat mühəndisliyi üzrə Elementar geodeziya, Ekoloji hidravlika və laboratoriya, İnformasiya texnologiyaları mühəndisliyi üzrə İKT buraxılış layihəsi, İnteqrasiya edilmiş analoq dövrələr, Vizual proqramlaşdırılma, Elektron və Elektrik mühəndisliyi üzrə Avtonom elektromobil mühəndisliyi, Smart şəbəkə mühəndisliyi kimi fənnlər də daxildir. Yuxarıda qeyd olunan ixtisaslarda təhsil alan tələbələr optimal enerji istifadəsi və tədarükünü təmin etmək, kəsilmə reaksiyaları, həmçinin bərpası üçün daha yaxşı planlaşdırma təmin etmək, yenilənə bilən enerji sistemləri, elektrikli nəqliyyat vasitələri şəbəkələri və ağıllı evlər kimi heterojen texnologiyaların inteqrasiyasını asanlaşdırmaq üçün qabaqcıl metod və təcrübələrə diqqət yetirə biləcəklər. Bununla yanaşı, onlar smart enerji şəbəkəsinin dizaynı, istismarı ilə bağlı müxtəlif mühüm mühəndislik problemləri barədə ətraflı informasiya əldə edəcəklər.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  2. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  3. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  4. Bakıda yol qəzası olub, xəsarət alan var
  5. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  6. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  7. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  8. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  9. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  10. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı