Daha bir həkim koronavirusdan vəfat etdi
- 12-01-2022, 19:12
- Cəmiyyət
Goranboy Mərkəzi Rayon Xəstəxanasının həkimi Əliyeva İradə Cahangir qızı koronavirusdan vəfat edib.
Bu barədə “Azadsəs.az”a mərhumun işlədiyi tibb müəssisəsindən məlumat verilib.
Bildirilib ki, İ. Əliyeva bir müddət əvvəl COVID-19-a yoluxub və Xırdalan şəhərində yerləşən modul tipli xəstəxanada müalicə alıb. Sonradan vəziyyəti pisləşdiyindən Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına köçürülüb. Lakin həkimin həyatını xilas etmək mümkün olmayıb və yanvarın 9-da sonuncu müalicə aldığı klinikada dünyasını dəyişib.
İ. Əliyeva Goranboy xəstəxanasında fizioterapevt kimi çalışıb.