Главная > Cəmiyyət > Daha bir həkim koronavirusdan vəfat etdi
Daha bir həkim koronavirusdan vəfat etdi12-01-2022, 19:12. Разместил: admin |
Goranboy Mərkəzi Rayon Xəstəxanasının həkimi Əliyeva İradə Cahangir qızı koronavirusdan vəfat edib. Bu barədə “Azadsəs.az”a mərhumun işlədiyi tibb müəssisəsindən məlumat verilib. Bildirilib ki, İ. Əliyeva bir müddət əvvəl COVID-19-a yoluxub və Xırdalan şəhərində yerləşən modul tipli xəstəxanada müalicə alıb. Sonradan vəziyyəti pisləşdiyindən Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına köçürülüb. Lakin həkimin həyatını xilas etmək mümkün olmayıb və yanvarın 9-da sonuncu müalicə aldığı klinikada dünyasını dəyişib. İ. Əliyeva Goranboy xəstəxanasında fizioterapevt kimi çalışıb. Вернуться назад |