Salyanda ana və qızı koronavirusun qurbanı oldu
“Report” xəbər verir ki, Salyan şəhəri Aşıq Pənah küçəsinin sakini Əliyeva Ədilə Paşa qızı və qızı Aybəniz bu gün COVID-19-dan dünyasını dəyişiblər.
Qeyd edək ki, Ə.Əliyeva uzun müddət Salyan şəhər 7 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.