Ordu haqda paylaşım edən jurnalist cərimələndi
- 20-12-2021, 15:13
- Cəmiyyət
Sosial şəbəkələrdə ordu ilə bağlı yazılar paylaşan jurnalist Səxavət Məmməd cərimələnib.
“Azadsəs.az” xəbər verir ki, bu barədə S.Məmməd özü məlumat verib. O bildirib ki, dekabrın 18-də Baş Prokurorluğa dəvət edilib: “İzahatımı aldılar, daha sonra söhbət etdik.
Orada da bildirdim ki, orduda baş verənlərlə bağlı yazdıqlarım uzun müddətli araşdırmanın nəticəsidir. Ardından məhkəməyə aparıldım.
İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə) maddəsi ilə ittiham edildim və hakim məni təqsirli bilərək 500 manat cərimə etdi.
Hakim yazıda rüşvətə toxunmağımla bağlı suallar verdi. Faktiki olaraq yazıda kimin kimə rüşvət verməsini yazmamışdım”.