Deputatın şirkəti cərimə olundu
- 5-09-2020, 11:06
- Manset
“Azərmed” Məhdud Məsuliyyətli Cəmiyyəti karantin rejimi qaydalarını pozduğu üçün cərimə olunub.
Demokrat.az-ın məlumatına görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib olunub və cəza tədbiri görülməsi üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Hakim Günay Cavadovanın sədrliyi ilə baş tutan iclasda MMC-nin xüsusi karantin rejimi qaydasını pozması müəyyən edilib və cərimə olunması barədə qətnamə qəbul edilib.
İddia olunur ki, “Azərmed” MMC deputat Kamaləddin Qafarovun ailəsinə məxsusdur.