“Planet Parni İz Baku” karantin qaydalarını pozduğuna görə cərimələndi
- 11-09-2020, 12:11
- Mədəniyyət
“Planet Parni İz Baku LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində karantin qaydalarına nəzarət etmədiyinə görə inzibati protokol yazılıb.
''Azad Səs'' PARLA-ya istinadən xəbər verir ki, protokola Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq və müvafiq qərar veriləcək.
Protokol İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsinə əsasən tərtib edilib.
Bu inzibati xətaya görə, hüquqi şəxslər 400 manat cərimə edilir.