Kəlbəcər və Laçın balı 28 il sonra Bakıda - VİDEO
- 20-10-2021, 21:00
- Cəmiyyət
Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 20 oktyabrdan etibarən Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb.
Dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası səbəbindən builki yarmarkada hər bir iqtisadi rayondan maksimum 40 olmaqla ümumilikdə 250 arıçı iştirak edəcək. Yarmarka iştirakçıları növbəlilik əsasında müəyyən olunub. Belə ki, onlayn qaydada ilk qeydiyyatdan keçmiş arıçıların iştirakları təsdiqlənib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynovun jurnalistlərə bildirdiyinə görə, yarmarkada Kəlbəcər və Laçın arıçıları da iştirak edir.
Ümumilikdə yarmarkaya 18 gün ərzində 120 ton arıçılıq məhsulunun çıxarılması nəzərdə tutulur.
Qeyd edək ki, yarmarkada iştirak üçün hər bir arıçıya Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən minimum 25 arı ailəsinə malik olması tələbi qoyulub. Yarmarkada yalnız COVID-19 pasportuna və ya immun sertifikatına malik arıçılar iştirak edirlər.
Əlavə edək ki, yarmarka ərazisinin zonalara və sektorlara bölünməsi, həmçinin arıçıların yer bölgüsü püşkatma vasitəsi ilə müəyyən edilib. Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara biləcək.
Daha ətraflı Baku TV-nin süjetində: