Lənkəran Təhsil şöbəsində özbaşınalıq: ƏSGƏR ANASI OLAN MƏKTƏB DİREKTORUNDAN PUL TƏLƏB ETDİLƏR
Lənkəran rayonu, Velədi kəndində yaşayan Orucova İlhamə Fərhad qızı müraciət edərək, qərəzli şəkildə 10 il direktorluq etdiyi məktəbdən işdən kənarlaşdırıldığını deyib. 23 il pedoqoji stajı olan İlhamə Orucova 2010-cu ildən Lənkəranın Yuxarı Nüvədi kənd tam orta məktəbinə direktorluq vəzifəsini icra edib.
Belə ki, 2020-ci il 21 fevral tarixində Təhsil nazirliyinin iki əməkdaşı yoxlama aparmaq məqsədilə sözügedən məktəbə üz tutublar. İlhamə Orucova ezamiyyə vərəqəsini müxtəlif bəhanələrlə təqdim etməkdən boyun qaçıran şəxslərin kim olduğunu dəqiqləşdirmək üçün Lənkəran rayon Təhsil şöbəsinin müdiri ilə əlaqə yaradır. Təhsil şöbəsinin müdiri cavabında "işin yoxdur, qoy onlar öz işlərini görsünlər" deyə bildirib. Məktəbə gələn nümayəndələr əvvəlcə davamiyyətə baxmaq istədiklərini deyiblər. Lakin, həmin vaxt məktəbdə "beynəlxalq ana dili" günü ilə bağlı tədbir qeyd edildiyi üçün şagirdlər də tədbirdə idilər. Məktəb direktoru onları tədbirə baxmağa dəvət etsə də, nümayəndələr bununla razılaşmayıblar. Təhdil nazirliyinin nümayəndələrinin gəlişindən iki həftə sonra Lənkıran rayon Təhsil Şöəbəsinin baş mühasibi İlhamə Orucova ilə əlaqə saxlayaraq 4612 manat pul köçürməli olduğunu deyib:
"1978-ci ildə Yuxarı Nüvədi kəndində anadan olmuşam. Eyni zamanda, həmin məktəbin məzunu olmuşam. 1997-ci ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət pedaqoji Universitetinin ümumi texniki fənlər fakültəsinə qəbul olunmuşam. Orda qiyabi təhsil almışam. 1998-ci ildən hazırda yaşadığım kənddə ixtisasım üzrə müəllim işləmişəm. 2010-cu ildə Yuxarı Nüvədi kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin olunmuşam. Ümumilikdə, 23 il pedaqoji stajım var. 10 il isə rəhbərlik fəaliyyətim var. Ailəliyəm, bir övladım var. İşlədiyim müddət ərzində heç bir qanun pozuntusuna yol verməmişəm. İndiyə qədər heç bir xəbərdarlıq və töhmət almamışam. Bəs, necə olur ki, məni heç nədən 70-in "c" bəndinə əsasən işdən çıxardırlar?...
21 fevral 2020-ci il tarixində Təhsil nazirliyinin iki əməkdaşı yoxlama aparmaq məqsədilə məktəbimizə gəldi. Əvvəlcə, onlardan ezamiyyət vərəqəsini tələb etdim. Onlar müxtəlif bəhanələr gətirərək mənə təqdim etmədilər. Daha sonra təhsil şöbəsinin müdirinə zəng vurdum. Gəlişlərinin məqsədini öyrənmək istədim. Təhsil şöbəsinin müdiri mənə bildirdi ki, "işin yoxdur, qoy onlar öz işlərini görsünlər". Nümayəndələr mənə bildirdilər ki, biz yuxarı siniflərdə davamiyyətə baxmaq istəyirik. Onlara bildirdim ki, bu gün məktəbimizdə "beynəlxalq ana dili" günü ilə bağlı tədbirimiz var. Həmin uşaqlar da o tədbirdədir. Daha sonra, onları həmin tədbirə dəvət etdim. Amma, bu onlar üçün maraqlı olmadı. Qəti etirazlarını bildirdilər. Onlara bildirdim ki, mən öz şəxsi tədbirimi keçirtmirəm, bu ümumi Respublika tədbiridir. Sonra dedilər ki, gedək dərsdən kənar məşğələ saatlarını yoxlayaq. Mən yenə onların diqqətinə çatdırdım ki, bu gün məktəbimizdə tədbir var. Biz həmin dərsləri başqa günə keçirtmişik. Onlar yenə də mənimlə razılaşmadılar. Onu da qeyd edim ki, yoxlama cəmi bir saat çəkdi. Bunlar getdilər. İki həftə keçdikdən sonra, Təhsil şöbəsinin baş mühasibi məni təhsil şöbəsinə dəvət etdi. Mənə bildirdi ki, siz dövlətə 4612 min manat pul köçürməlisiniz".
Lənkəran rayon Təhsil şöbəsinin baş mühasibinin əsassız iddiasını rədd edən İlhamə Orucova pulu ödməkdən imtina edib. Lakin baş mühasib Fariz Mahmudov direktora hədə-qorxu gələrək onu prokraturaya verəcəyini deyib:
"Mən səbəbini soruşduğum zaman bildirdi ki, siz həmin gün 3 saat dərsdən kənar məşğələ saatlarını keçirtməmisiniz. Bildirdim ki, axı izahatımda da qeyd eləmişəm ki, tədbirlə bağlı başqa günə keçirtmişəm. İkincisi də 3 saat dərsin pulu o qədər edir. Mənə bildirdi ki, sentyabr ayından fevral ayına qədər bu pullar hesablanıb. Halbuki, həmin aylar ərzində müəllimlər dərsə giriblər və jurnal yazıblar. Bəs, bu necə olacaq?... Mənə bildirildi ki, siz bu pullu ödəməlisiniz. Mən buna qəti etirazımı bildirdim. Pulumun olmadığını dedim. Fariz Mahmudov dəfələrlə mənə zəng edərək, pulun ödənilməsini tələb etmişdir. Sonuncu dəfə mənə hədə qorxu gələrək, məni prokraturaya verəcəklərini dedi. Daha sonra mənə cinayət işinin açılacağıyla bağlı hədələyərək təzyiq göstərmişdir. Ona bir daha pulumun olmamasını dedim. Mənə dedi ki, get bankdan götür və pulu ödə. Dedi ki, işləyib bankın pulunu ödəyərsən. Qeyd edim ki, mənimlə yanaşı iki məktəb direktoruna da pul ödətdiriblər. Lap axırda pulu mən ödədim. Məcbur olub bankdan 5000 manat pul götürüb, onun dediyi hesaba 4612 manat pul köçürtdüm. Daha sonra ödəniş qəbzini də Təhsil şöbəsinin mühasibatına təqdim etdim. Yeddi aydan sonra Təhsil Şöbəsinə yeni təyin olunmuş müdir Ülviyyə Əliyeva məni dəvət edərək, işdən çıxmağımla bağlı ərizəmi istədi. Səbəbini soruşduğumda dedi ki, "fevral ayında səndə yoxlama olub, yol verdiyin nöüqanalara görə"...Hansı nöqsanlarımı bilmək istədiyimdə bildirdi ki, 4612 manat pul köçürtmüşəm. Mən isə bunu Fariz Mahmudovun məcburi şəkildə məni ödətdirildiyini dedim. O, isə mənim qəti olaraq ərizə yazmağımı tələb etdi. Ərizə yazmağım üçün bir ay arxamca düşdülər. Amma, qəti şəkildə ərizə yazmadım. Çünki, mən günahsızam. Daha sonra, məktəbimizin həmkarlar komitəsinin sədri protokol tərtib etdi. Mənə qarşı qərəzli kampaniya aparıldığı protokolda qeyd edildi. Bunu təhsil şöbəsinə apardılar. Lakin, Təhsil şöbəsi bunu qəbul etmədi. Onu da vurğulayım ki, mənim yerimə sıradan bir coğrafiya müəllimi direktor təyin edilib. Təhsil şöbəsinin müdiri Ülviyyə Əliyeva həmin şəxsi maddi maraq hesabına direktor təyin etmişdir. Qanunla, işim tədbir işləri üzrə direktor müavininə həvalaə olunmalıdır. Amma, öz maddi maraqlarını düşünərək, məni işdən çıxdardıblar".
Əsgər anası olan İlhamə Orucova məsələnin ədalətli şəkildə araşdırılması üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib:
"Oğlum müharibə başlayandan etibarən Ağdam rayonunda xidmət edir. Ali təhsillidir. Tək övladım var. Həyat yoldaşım işləmir. Özüm də bir ildən artıqdır ki, fəaliyyət göstərmirəm. Bir ildir ki, kreditimi ödəyə bilmirəm. Öz şəxsi maraqları hesabına məni işdən kənarlaşdırıblar. Dəfələrlə Lənkəranda aidiyyatı qurumlara müraciət etsəm də məni qəbul etmirlər. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan xahiş edirəm ki, məsələ ədalətli şəkildə araşdırılsın. Mənə qarşı qərəz göstərilərək, məktəbdən kənarlaşdırılmışam. 23 ildir ki, pedoqoji fəaliyyət göstərirəm. Əsgər anası kimi xahiş edirəm ki, məsələyə ədalətli qiymət verilsin".
Ümid edirik ki, məsələ ədalətli şəkildə araşdırılacaq və haqq-ədalət öz yerini tapacaq.