![](/uploads/posts/2021-08/medium/1629617004_fotojet-2-1-1.jpg)
Bakının Xəzər rayonunda transformator yanıb.
Fövqəladə Hallar Nazirliyi bildirir ki, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 20 m² olan tikilinin içərisində iki ədəd transformatorun sarğıları yanıb.
Tikili və bir ədəd transformator yanğından mühafizə olunub.
Yanğın söndürülüb.