Главная > Cəmiyyət / Manset > Qüdrət Həsənquliyev gələcəkdə Şuşaya giriş-çıxışın tənzimlənməsinə etiraz etdi
Qüdrət Həsənquliyev gələcəkdə Şuşaya giriş-çıxışın tənzimlənməsinə etiraz etdi27-05-2021, 13:00. Разместил: azadses |
Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı sənəddəki bəzi müddəaları tənqid edib. Oxu.Az-ın məlumatına görə, Q.Həsənquliyev deyib ki, qanun layihəsində Şuşaya giriş-çıxışın tənzimlənməsinə dair maddənin yer alması başadüşülən deyil. “Şuşaya hamı getmək istəyir, giriş-çıxış tənzimlənsə, bu zaman Şuşaya girişdə böyük tıxac yaranacaq. Bir də bilinmir ki, giriş pul ödəməklə mümkün olacaq, ya yox!”, - deyə Q.Həsənquliyev əlavə edib. Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə bildirib ki, söhbət Şuşa qoruğuna giriş-çıxışın tənzimlənməsindən gedir. Aqşin Kərimov Вернуться назад |