Gürcüstan iyun ayının 1-dən quru sərhədlərini açır.
“Sputnik Gürcüstan” xəbər verir ki, bu barədə Koronavirusla Mübarizə üzrə İdarələrarası Koordinasiya Şurasının qərargah rəhbəri Georgi Gibradze bildirib.
Gürcüstan koronavirusa görə 2020-ci ilin mart ayından quru sərhədlərini bağlayıb.