Yunan donanması rus gəmisinə soxuldu - Aralıq dənizində gərginlik artır
- 16-01-2021, 15:58
- Dünya
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının “İrini” əməliyyatları çərçivəsində “Adler” adlı rus karqo gəmisində axtarış aparılmasına münasibət bildirib.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, nazirliyin mətbuat katibi Mariya Zaxarova Aralıq dənizində yunan donanması tərəfindən həyata keçirilən axtarışın detalları barədə araşdırmalar aparıldığını bildirib.
Sözçü qeyd edib ki, Aİ-nin “İrini” əməliyyatlarının beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2292 saylı qərarı çərçivəsində aparılmalı olduğu ittifaq səlahiyyətlilərinin nəzərinə çatdırılıb: “Gəmilərdə axtarış aparılmadan əvvəl bayraq dövlətinin icazəsi alınmalıdır. Hərəkat mərkəzi axtarışların nəticələri ilə bağlı BMT-yə hesabat verməlidir. Əks təqdirdə, hərəkatın şəffaflığına xələl gələcək”.
Qeyd edək ki, daha əvvəl "İrini" əməliyyatları çərçivəsində Türkiyəyə məxsus gəmidə icazəsiz axtarış həyata keçirilmiş və bu, tərəflər arasında diplomatik gərginliyə səbəb olmuşdu.