DYP sürücülərə və piyadalara müraciət etdi
"Hal-hazırda yağmurlu, çiskinli, dumanlı, şaxtalı hava şəraiti davam edir".
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V. Əsədov bildirib ki, paytaxtın inzibati ərazisində bütün küçə və prospektlərdə DYPİ-nin əməkdaşları tərəfindən nəzarətə götürülüb:
“Yolların təmizlənməsi, Bakı Şəhər İcra Hakimiyyəti, AAYDA-nın xüsusi teknikaları ilə həyata keçirilsə də, bəzi ərazilərdə, xüsusilə enişli-yoxuşlu, sərt döngələrdə avtomobillərin sürüşmə ehtimalı var”.
DYP rəsmisi sürücüləri Bakıda sürüşmənin çox olduğu ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırıb:
“Vətəndaşlarımızdan xahiş edirik ki, ictimai nəqliyyata üstünlük versinlər. Yollarda sürücülər sürət həddini minumuma endirilməli, ara məsafəsini normadan artıq saxlamalı, sürüşmə ehtimalı çox olan yerlərdə təkərlərin təzyiqini nisbətən azaltmalı, avtomobilinin dayandırılması və hərəkətə gətirilməsini sürətlər qutusunun hesabına həyata keçirməlidirlər. Piyadalara da burdan müraciət edərək bildirirəm ki, əsasən yolların hərəkət hissəsinə çıxmasınlar”.