DYP vətəndaşlara müraciət etdi
- 19-10-2020, 14:30
- Cəmiyyət
Nazirlər Kabineti Yanında Operativ Qərargahın məlum qərarı və müharibə şəraiti ilə bağlı ölkədə gedən proseslər, əlavə daha ciddi tədbirlərin görülməsi zərurəti yaradır.
''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bölmə rəisi, polis polkovniki Vaqif Əsədov vətəndaşlara bununla bağlı müraciət edib.
O bildirib ki, hazırda koronavirusa yoluxma faktlarının çoxalması ciddi narahatçılıq doğurur:
"Buna görə də yol polisi olaraq sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edirik. Xahiş edirik ki, marşurutlar üzrə avtobusların sayının mümkün qədər artırılmasını, interval müddətinin azaldılmasının, reysqabağı avtobusların dezinfeksiya edilməsini və hərəkət zamanı normadan artıq sərnişinlərin daşınmamasına xüsusi diqqət artırılsın.
Sərnişinlər də bu tələblərə ciddi riayət edərək, öz sağlamlıqlarını qorumaq məqsədilə dolu avtobuslara minməsinlər. Eyni zamanda sərnişinlərin qoruyucu vasitələrdən istifadə etməsi və sosial məsafənin qorunması vacib faktordur ki, sürücülər də bunu təmin etməlidir. Ayrıca taksi fəaliyyəti ilə məşğul olanlar da qoruyucu, şəffaf arakəsmələrdən istifadəyə üstünlük verməlidir. Hazırkı durumda zolaqlar üzrə avtomobillərin sıx cərgələnməsi, hər kəsin şəxsi nəqliyyat vasitəsindən istifadə etməsinə üstünlük verməsi, ictimai nəqliyyatdan istifadə edənlərin sayının çoxluğu əsas verir ki, sünüi sıxlığın yaranması ehtimalını artırır. Ləngimə faktlarının qarşısının alınması üçün sürücülər dayanma-durma qaydalarına düzgün riayət etməlidir. Xüsuilə avtobus duracaqları zəbt edilməməlidir.”
V.Əsədov həmçinin tətbiq olunan komendant saatı ilə bağlı da müraciət edib:
"Sürücülər vaxtı elə tənzimləməlidir ki, 21:00-dək öz evlərində ola bilsinlər. Çünki bu hüquq mühafizə orqanları üçün əlavə yükdür. Ümid edirik ki, vətəndaşlarımız bu çağırışlara və tövsiyyələrə ciddi əməl edəcək. Çünki komendant saatının pozulamsı və kütləvi toplaşmalar düşmən tərəfindən törədilə biləcək terror təhlükəsini yaradır. Bir daha sürücüləri verilən tövsiyyələrə ciddi əməl etməyə çağırıb. Bu gün ölkəmiz müharibə vəziyyətidir. Odur ki, hər şey cəbhə üçün, Vətən üçün əsas şüarımız olmalıdır”.