SON DƏQİQƏ: SMS icazə sistemi bərpa edilir? - YENİDƏN SƏRT KARANTİN...
- 24-02-2021, 11:12
- Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxanların sayında yenidən artım müşahidə olunur. Belə ki, fevralın 23-də COVID-19 infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Yoluxanların sayında artım davam edərsə yenidən SMS icazə sistemi tətbiq edilə bilərmi?
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, millət vəkili İqbal Məmmədov yoluxnaların sayında artım olmasının narahatedici olduğunu deyib:
"Təəssüf ki, son bir neçə gündə yenidən yoluxanların sayında artım müşahidə olunur. Bu artım bütün vətəndaşlarımızı narahat etmədilidir. Çünki koronavirusun Britaniya ştamı bütün dünyada sürətlə yayılır. Həmçinin, bir neçə ölkədə artıq virusun üçüncü dalğası başlayıb. Bu baxımdan biz yumşalmalardan arxain olmamalıyıq. Qaldı ki, SMS icazə sisteminin yenidən bərpa edilib-edilməməsinə, bu barədə qərar vermək Operativ Qərargahın səlahiyyətindədir. SMS icazə sisteminin yenidən bərpasını və karantin rejimin sərtləşməsini istəmiriksə qoyulan qaydalara əvvəlkindən də daha məsuliyyətli yanaşmalıyıq. Çünki yoluxanların sayının artması yenidən karantin rejimində sərtləşmələrə gətirib çıxara bilər. Bunu da heç birimiz arzulamırıq".