azadses.az » Cəmiyyət » Ermənilər dərketmə mərhələsinin başlanğıcında

Ermənilər dərketmə mərhələsinin başlanğıcında

Bütün cəmiyyətlərdə hərbi məğlubiyyətdən sonrakı dövrün özünəməxsus, amma ümumi qanunauyğunluğa əsaslanan ictimai-sosial yaşantıları olur. Konfliktologiya mütəxəssislərinin rəyinə görə hərbi məğlubiyyətdən sonra cəmiyyət bu spesifik yaşantılarla bir neçə mərhələni adlamalıdır: Məyusluq, qəzəb, qisasçılıq, reallığın dərkedilməsi və nəhayət, məğlubiyyətin qəbul edilməsi.
“Böyük Ermənistan” xülyası ətrafında qonşularımızın 100 ildən çox davam edən mif yaradıcılığı Azərbaycan Ordusunun şanlı qələbəsi ilə birdəfələik məhv edildi. Erməni cəmiyyətində post-müharibə dövrünün sarsıntıları mütəxəssislərin müəyyən etdiyi ardıcıllıqla davam etməkdədir.
Məyusluq elə sentyabrın 27-də başlanmışdı və bu Ermənistan parlamentində müzakirələr zamanı özünü təmkinli göstərməyə çalışan siyasətçilərin davranışında aydın görünürdü. Sonrakı 44 gün ərzində getdikcə dərinləşən məyusluq və qorxunu isə erməni cəmiyyəti artıq gizlədə bilmirdi, utanc və həya hissləri kütləşmiş ermənilər acizanə yalvarışlarla bütün dünyadan imdad diləyirdilər. Üçtərəfli 10 noyabr Bəyanatının imzalanmasından dərhal sonra Yerevanda baş verənlər ermənilərin qəzəb fazasınıa keçidinin nümayişi idi. Cəmiyyət öz qəzəbini hökümət evində və parlament binasında baş verən dağıdıcılıq və qarətçiliklə soyutmağa cəhd göstərirdi. Amma təbiətən qorxaq və hiyləgər olan ermənilər bu mərhələni də sürətlə keçdilər. 17 siyasi partiyanın birləşdiyi “Vətənin xilası naminə hərəkat” fasiləsiz mitinqlərə çıxaraq qisasçılığa çağırdılar. Psevdo-siyasətçilərin qisas şüarları ilk növbədə ölkənin hakimiyyətinə və şəxsən baş nazirə qarşı yönəlmişdi. Guya hakimiyyətin devrilməsindən sonra silahlanıb itirlmiş torpaqları geri alacaqdılar. Lakin birləşmiş müxalifətin cəmi 1-2 həftə davam edən mitinqləri tez bir zamanda seyrəlməyə başladı və fürsətdən istifadə edərək qisasçılıq zəminində siyasi hakimiyyətə gəlməyə cəhd edənlər küçələrdə tək-tənha qaldılar. Beləliklə, ermənilər ilk üç mərhələni çox sürətlə keçdilər. Növbəti mərhələ erməni ağlının məntiqi ilə uzlaşmayan reallığın dərk edilməsi fazasıdır. Bax, burada bir az səbrli olmağımız lazım gələcək. Çünki 100 ildən çox bir müddət ərzində beyinləri miflərlə doldurulmuş ermənilərin reallığı dərk etməsi o qədər də asan olmayacaq. Buna baxmayaraq dünyanın müxtəlif bölgələrində, o cümlədən Ermənistanın özündə yaşayan bir neçə erməni ziyalısı öz soydaşlarının reallığı dərk etmələrinə kömək etməyə çalışırlar.
ABŞ-ın Lixay Universitetinin siyasi elmlər doktoru Arman Qriqoryan ABŞ İnkişaf Agentliyinin himayəsi altında dərc olunan Viewpoint saytına verdiyi müsahibədə Ermənistanda məğlubiyyətdən sonrakı durumu dəyərləndirərkən belə deyir: “Həyatımızın bütün sferalarına nüfuz etmiş “neokonservatizm” və “ermənilik” intellektual sahəni təhrifə məruz qoyub. Bir çoxlarına, o cümlədən hətta hakimiyyətin ən yüksək pillələrində oturanlara da elə gəlir ki, reallıq plastilin kimi bir materialdır və onlar onu istədiyi formaya sala bilərlər”.
Amerikalı erməni alim məhz indi, məğlubiyyətdən sonra ermənilərə yanlış yolda olduqlarını başa salmağın mümkünlüyünə inanır və buna çalışır. O deyir: “Məğlubiyyət onilliklər ərzində guya qoruyucu qalxan kimi başımız üzərindən asılmış, əslində isə tələ rolunu oynayan “dənizdən dənizə Ermənistan” kimi mifik arzuların və “Ana vətən” kimi millətçi şüarların yeni şərhini verməyə kömək edə bilər. Məsələn, uydurma “erməni məsələsi” tarixi Ermənistanın bütün əraziləri üzərində müasir Ermənistanın suverenliyinin bərpa edilməsi kimi müəyyən edilib. Ağlı başında olan istənilən adama aydın olmalıdır ki, praktiki məqsəd kimi bu bir cəfəngiyatdır və onun heç vaxt reallığa çevrilmək şansı yoxdur. Buna baxmayaraq bizdə bu ideyanı təbliğ edən bütöv bir sənaye qurulub. Onlar öz təbliğatlarında “tarixi ədalət” anlayışına istinad edir, özlərini və başqalarını da inandırmağa çalışırlar ki, guya uydurma “tarixi ədalət” ideyasının hansısa bir siyasi əhəmiyyəti var.”
1994-1997-ci illərdə Ermənistan prezidenti Levon Ter-Petrosyanın baş müşaviri və Təlükəsizlik şurasının katibi vəzifələrində çalışmış və hazırda Miçiqan Universitetinin professoru Jerar Libaridyan bir sıra müsahibə və məqalələrində Erməni siyasətçilərinin yol verdiyi yanlışlıqlara aydınlıq gətirərək məğlubiyyəti qəbul etməkdən başqa bir yolun olmadığını söyləyir.
30 ilə yaxın müddət ərzində Ermənistanda aparılan faşizm siyasətinə etiraz edərək ölkəni tərk etmiş və hazırda xaricdə yaşayan erməni siyasi fəallarının da bir hissəsi Azərbaycanın qələbəsini haqlı və ədalətli nəticə hesab edir və erməni cəmiyyətinə öz mesajlarını Youtube kanalları vasitəsilə çatdırırlar.
Ermənistan cəmiyyətinin özündə də dərketmə prosesinin ilk işartıları görünməkdədir. Erməni sosial şəbəkələrində Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasını dəstəkləyən, eləcə də Koçaryan-Sarqsyan cütlüyünün və digər revanşist qüvvələrin siyasi hakimiyyətə qayıtmaq istəklərinə qəti etiraz edən vətəndaşların sayı artmaqdadır. Bu günlərdə yayımlanmış belə video-çıxışlardan birində erməni hüquq müdafiəşisi İşxan Verdiyan Paşinyana qədər hakimiyyətdə olmuş bütün siyasətçiləri canilər və erməni xalqının düşmənləri adlandırır, onların ən ağır cəzaya layiq olduqlarını bildirir. İşxan Verdiyan Paşinyandan təcili olaraq Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımağı tələb edir, Azərbaycan və Türkiyənin tarix boyu ermənilərə əl tutduğunu, öz xalqının isə türk xalqına qarşı nankorluq göstərdiyini deməkdən belə çəkinmir.
Beləcə erməni cəmiyyətində reallığın dərk edilməsi prosesi başlayır. Reallığın doğru və obyektiv dərk edilməsi isə ilk növbədə erməni xalqının özünə hava-su kimi lazımdır.
Cavanşir Feyziyev
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 46 yaşlı qadın yol qəzasında xəsarət alıb
  2. Bakıda atasının avtomobilini qaçıran yeniyetmə qəza zamanı ölüb
  3. Bakıda 22 yaşlı sürücü yol qəzasında xəsarət alıb
  4. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  5. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  6. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  7. Binədə yolu keçən qadını avtomobil vurub
  8. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  9. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  10. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?