Süd vəzi və qaraciyər xərçəngini məhv edir - ŞAD XƏBƏR
- 10-02-2021, 07:57
- Cəmiyyət
Arı zəhəri qaraciyər və süd vəzi xərçəngi hüceyrələrinin böyüməsinin qarşısını alır.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Karadeniz Texniki Universiteti Kimya fakültəsinin professoru Sevgi Kolaylı deyib.
Professor arı zəhərinin gələcəkdə bəlkə də xərçəngə qarşı dərman ola biləcəyini ifadə edib.
S.Kolaylı Molekulyar Biologiya və Genetika Şöbəsinin doktoru Selcen Çelik Uzuner ilə birlikdə arı zəhərinin hansı məqsədlərlə istifadə oluna biləcəyini araşdırıb. Nəticədə zəhərin xərçəng hüceyrələrinə əhəmiyyətli dərəcədə təsir göstərdiyi və ölümünə (apoptozis) səbəb olduğu aydınlaşıb.
“Alternativ müalicə üsulu olaraq qəbul edilən apiterapiyada istifadə olunan arı zəhəri 1 qram qızıldan da dəyərlidir. Tibbi baxımdan əhəmiyyətli potensiala malikdir. 2 xərçəng hüceyrəsi üzərində iş apardıq və metastatik döş xərçəngi və qaraciyər xərçənginə baxdıq. Arı zəhərinin metastatik döş xərçənginə nisbətən daha təsirli olduğunu gördük.
Dünyada arı zəhəri ilə əlaqədar işlər sürətləndi və onlar işimizi dəstəkləyir. Gələcəkdə arı zəhəri əhəmiyyətli potensial, apiterapiya agentidir. Bəlkə də xərçəngin dərmanı ola bilər. Ancaq bu araşdırmalar hələ başlanğıc mərhələsindədir”, - professor bildirib.