Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və komendantlıqların nəzdində aidiyyəti dövlət orqanlarının (qurumlarının), o cümlədən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılıb.
''Azad Səs'' xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər.
Qeyd olunub ki, Mədəniyyət Nazirliyini təmsil edən nümayəndələr abidələrin ilkin inventarlaşdırılması məqsədilə monitorinqlərə başlamış və abidələrin əksəriyyətinin dağıdıldığı, məhv edildiyi, mənimsənildiyi və vandalizmə məruz qaldığı müəyyən edilib.
"Monitorinqlər yekunlaşdıqdan sonra işğaldan azad olunmuş ərazilərdə neçə heykələ ziyan dəydiyi müəyyənləşəcək. Monitorinqlərin nəticəsi təhlil olunduqdan sonra işğaldan azad olunmuş ərazilərdə yerləşən abidələrin bərpası məsələsinə baxılacaq". / "Trend"
Ermənilərin məhv etdiyi abidələr nə zaman bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA
- 3-02-2021, 08:14
- Cəmiyyət