Kəlbəcərə komendant təyin edilib, polis şöbəsi şəhərin mərkəzində yerləşdirilib
- 2-12-2020, 10:53
- Manset
"Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" fərmanına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir".
Bunu ''Report''-a açıqlamasında Milli Məclisə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilmiş Aqil Məmmədov deyib.
O bildirib ki, bu gün səhər saatlarından etibarən Kəlbəcər Rayon Polis Şöbəsi işğaldan azad edilmiş Kəlbəcər şəhərinin mərkəzinə yerləşdirilib:
“Daxili işlər nazirinin müvafiq əmri ilə Kəlbəcər rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haqverdi Əkbərov komendant təyin edilib”.