Xocavəndin Polis şöbəsi Hadruta yerləşdirilib
“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Xocavənd rayon Polis Şöbəsi Müzaəffər Ordumuz tərəfindən azad edilən Hadrut qəsəbəsinə yerləşdirilib”.
''Azad Səs'' ''Report'' -a istinadən xəbər verir ki, bu barədə Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov məlumat verib.
O bildirib ki, fərmanda Daxili İşlər Nazirliyinə müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etmək və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etmək tapşırılıb:
“Daxili işlər naziri tərəfindən də Xocavənd rayon Polis şöbəsinin rəisi ərazinin komendantı təyin olunub”.