azadses.az » Cəmiyyət » Yoluxma sayı yenidən artacaq - İnfeksionistdən XƏBƏRDARLIQ

Yoluxma sayı yenidən artacaq - İnfeksionistdən XƏBƏRDARLIQ

"Viruslar, xüsusilə də RNT tərkibli viruslar bölünüb çoxaldıqları zaman tez-tez genomlarında mutasiyalar müşahidə olunur. Onların böyük əksəriyyətinin xüsusi əhəmiyyəti olmasa da, bəzi mutasiyalar virusun yoluxduruculuğunun daha da artması kimi yeni xüsusiyyətlər qazandırır. İndiyə qədər SARS-CoV-2-nin məlum olan mutasiyalarından 3 variantı (B.1.1.7, B.1.351, P.1) aşkarlandıqları bölgələrdə yoluxma sürətini və mövcud epidemioloji vəziyyəti dəyişdiklərinə görə risk yaratdığı qəbul edilmişdir".
Bunu Milli.Az-a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

İnfeksionist bildirib ki, koronavirusun yeni ştammı (İngiltərə variantı) 30% daha artıq öldürücüdür:

"Bu mutasiyaların riskləri, yoluxduruculuq qabiliyyətlərinin daha yüksək olmasındadır. Avropa Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzi, yeni mutasiya qazanmış variantların cəmiyyətə daxil olma və yayılma ehtimalını "çox yüksək" risk kateqoriyası olaraq qiymətləndirib. Yoluxuculuğun artmasının nəticələri olaraq, xüsusilə yaşlı və xronik xəstəlikləri olanlar da daxil olmaqla bütün yaş qruplarında xəstəxanaya yatışlar və ölüm göstəriciləri arta bilər. B1.1.7. - İngiltərə variantının yoluxma sürəti (40-70%) və öldürücülük qabiliyyətinin (30% daha artıq) olduğu hesablanmışdır. Hər 3 variantın meydana çıxdığı ölkələrdə sürətlə yayılaraq üstünlük əldə etməsi, qısa müddət ərzində dünyaya yayılaraq yenidən yoluxmaların artacağı şübhəsini təsdiqləmiş olur. Bu səbəblə ən qısa zamanda çox sayda insanın peyvəndlənməsi təmin olunana qədər yoluxmanın qarşısını almaq və səhiyyə sisteminin üzərindəki yükü azlatmaq üçün tədbirlərə daha ciddi riayət edilməlidir.

İlkin olaraq yanvar ayının 18-dən etibarən tibb işçiləri peyvəndlənmə prossesinə cəlb olundu və bu günə qədər ciddi yan təsir baş verməmişdir. Bəzi əməkdaşlarda yerli qızarıqlıq, istilik, peyvənd olunan qolda ağrı əlamətləri müşahidə olunmuş və qısa müddət ərzində yox olmuşdur.

Vətəndaş olaraq işin ciddiliyini dərk etməliyik

Bütün dünya, 1 ildir ki xəstəliklə mücadilə aparır, əksəriyyətimiz yaxınlarımızı, əzizlərimizi itirmişik, dəyərli şəxsiyyətlərimiz, həkimlərimiz bu xəstəlik səbəbindən vəfat edib. Düşünək ki, hər tərəfdə yanğın var və ondan qorunmaq üçün bizə çıxış yolu təklif olunur və biz isə hansısa cəfəngiyat fikirlərə görə, elmi əsası olmayan şayiələrə görə ondan imtina edirik. Bugünkü gündə bizə təklif olunan peyvənd yanğından qorunma metodumuzdur. Vətəndaş olaraq işin ciddiliyini dərk etməliyik.

Normal həyata arxayın dönüşdən söhbət gedə bilməz

Əhalinin çox hissəsi xəstəliyi keçirməyib, peyvəndlənmə prossesisi də geniş kütləvilik əldə etməyib, nə dünyada, nə də ölkəmizdə. Belə olan təqdirdə normal həyata arxayın dönüşdən söhbət gedə bilməz.

Yeni mutasiya 70%-ə qədər daha yoluxucudur və əsasən də uşaqlar arasında yayılmaqdadır. Buna baxmayaraq xəstəliyin gedişatı ilə bağlı ciddi açıqlamalar olunmayıb. Bu mutasiya ilə də yoluxmuş uşaqlar yenə də xəstəliyi yüngül və orta ağırlıqda keçirirlər".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?