Adil Əliyevdən Ramiz Mehdiyevlə bağlı SENSASİON AÇIQLAMA
- 30-01-2021, 14:28
- Cəmiyyət
“Hər bir millətin dəyişilən və stabil dəyərləri var. Dövlətlərin orduları da, iqtisadiyyatları da, əraziləri də, yeri gələndə bayrağı, pul vahidi də müxtəlif dövrlər ərzində dəyişilir. Stabil milli dəyərlər isə minillər boyu özünü qoruyub saxlayır. Dəyişilməyən dəyərlərin başında dil gəlir”.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Milli Məclisin sədr müavini Adil Əliyev belə deyib.
AMEA-nın Dilçilik İnstitutu nəzdindəki “Qaynar xətt”in ləğv olunmasını və qurumun ofisinin əlindən alınmasını şərh edən vitse-spiker onu da xatırladıb ki, dil milləti millət edən əsas dəyərdir: “İnsanlar dilləri ilə başqalarından fərqlənir və bir-biriylə ünsiyyət qurur, millətləşirlər. Bu mənada dili qorumaq dövlətin bir nömrəli vəzifəsidir. Məhz bu zərurəti nəzərə alan Cənab Prezident İlham Əliyev 2013-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində düzgün işlədilməsi və dilçiliklə bağlı” Dövlət Proqramı hazırlamış, proqramın həyata keçirilməsini AMEA-na tapşırmışdır. Məqsəd dilimizin deformasiyaya uğramasının qarşısını almaq, nəsillər arası ünsiyyət bağlarını qorumaqdı. AMEA-nın dil məsələsinə laqeyd yanaşması təkcə Cənab prezidentin bu nəcib təşəbbüsünə deyil, həm də milli dövlətçilik dəyərlərinə zərbə vurmaqdır”.
Vitse-spiker AMEA-da baş verən bütün naqisliklərin səbəbini akademiyanın rəhbəri Ramiz Mehdiyevdə görür:
“Sağ olsun Ramiz Mehdiyev, AMEA-ya gələn kimi bir sıra “yeniliklərə” imza atdı. Akademiyanın tarixi binasını söküb dağıtdı, akademiklərə ayrılan pullarla oranı şadlıq sarayı kimi qızıl suyu ilə bəzədi. Halbuki 2000-ci ildə Bakıda güclü zəlzələ olanda belə, komissiya imkan verməmişdi ki, binanın qədimiliyinə toxunulsun, fasadında bəzi dəyişikliklər aparılsın. İndi isə bütün institutların həyətindəki boş yerləri zəbt edib, kafe, restoran, sexlər tikməyə başlayıblar. Hansı ki, bu boş yerlərdə elm adamları öz maşınlarını saxlayırdılar. AMEA-nın Saray qəsəbəsindəki akademiklərə aid olan torpaq sahələrini də elm adamlarının əlindən alıb bina tikirlər”.