azadses.az » Siyasət » Deputatlar səfirlə görüşüb - FOTO

Deputatlar səfirlə görüşüb - FOTO

Moldovada prezident seçkilərini müşahidə etmək məqsədilə Azərbaycan Milli Məclisinin deputatlarının Moldovaya səfəri baş tutub.
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, ölkəmizin Moldovadakı səfiri Qüdsü Osmanovun müşayiəti ilə MDB Parlament Assambleyasının müşahidəçilər qrupunun rəhbəri, Milli Məclisin Sədrinin müavini Adil Əliyev, üzvləri Sabir Hacıyev, Rüfət Quliyev və Aydın Cəfərov Moldovanın Qaqauziya Muxtar Ərazisinə səfər edərək burada yaradılmış seçki məntəqələrinə baş çəkib və səfər çərçivəsində Qaqauziya başqanı İrina Vlax və Qaqauziya Xalq Məclisinin sədri Vladimir Kıssa ilə görüşüb.

İrina Vlax görüşdə bildirib ki, Qaqauziyada seçki məntəqələri səsverməyə tam hazırdır, məntəqələrdə seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq şərait yaradılıb. “Biz çox şadıq ki, beynəlxalq müşahidəçilər Qaqauziyada yaradılan seçki mühiti ilə tanış olurlar”, deyə İrina Vlax əlavə edib.

İrina Vlax, həmçinin bildirib ki, Azərbaycan Qaqauziyada bir sıra sosial layihələr həyata keçirib və bu gün də bi siyasət davam etdirilir. Prezident İlham Əliyevin tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Çadır-Lunqa şəhərində mədəniyyət və təhsil mərkəzi inşa olunur. Qaqauziya başqanı göstərdikləri dəstəyə görə, Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü bildirib.

Sonra MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitriy Kobiçkiyin iştirakı ilə millət vəkilləri Komrat şəhərində yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb. Milli Məclisin Sədr müavini Adil Əliyev ümummilli liderin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna yerindən söhbət açıb, öz növbəsində, D.Kobiçkiy ulu öndər Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı əvəzsiz rolundan danışıb.

Bundan əlavə, millət vəkillərimiz Qaqauziyada təhsil alan azərbaycanlı tələbələr ilə görüşüb, gəclərimiz bu çətin günlərdə Azərbaycan xalqına və ordumuza dəstək olmaq məqsədilə Ali Baş Komandanın çağırışı ilə orduda xidmət göstərməyə hazır olduqlarını bildirib, bununla bağlı səfirliyimizə çoxsaylı məktublar göndərdiklərini dilə gətirib. 

Deputat A.Əliyev vətənpərvər gənclərimizə təşəbbüslərinə görə təşəkkür edərək, yaxşı təhsil almağı tövsiyə edib, onların əsas vəzifəsinin Azərbaycan həqiqətlərinin Moldova ictimaiyyətinə çatdırılması olduğunu bildirib və gələcək fəaliyyətlərində uğurlar arzu edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  2. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  3. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  4. Şabranda evə basqın olub, ölən və yaralanan var
  5. Ağstafada bəy və gəlin toylarında zəhərləniblər
  6. Tərtərdə 18 yaşlı gənc ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində ölüb - YENİLƏNİB
  7. Abşeronda avtomobillə vurulan 82 yaşlı kişi ağır yaralanıb
  8. Binəqədidə iki nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var
  9. Bakıda yolu keçən kişini avtomobil vurub
  10. Yevlaxda 7 yaşlı uşaq yol qəzasında xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”