İttifaq Şuşa və Ağdamla bağlı qərar qəbul etdi
- 19-11-2020, 11:51
- Siyasət
Rəşadətli Azərbaycan ordusunun Şuşa şəhərini işğaldan azad etməsi və azad edilmiş ərazilərdə abadlıq-quruculuq işlərinin aparılmasına başlanılması ilə əlaqədar olaraq, Azərbaycan Memarlar İttifaqının Katibliyi tərəfindən Qarabağ ərazisində Azərbaycan Memarlar İttifaqının iki regional bölməsinin – Yuxarı Qarabağ üzrə Şuşa şəhərində və Aşağı Qarabağ üzrə Ağdam şəhərində yaradılması barədə qərar qəbul edilib.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Memarlar İttifaqından verilən məlumata görə, Şuşa rayonu və Ağdam rayonu İcra hakimiyyətləri başçılarının da dəstəklədiyi bu qərara uyğun olaraq, imkan yaranan kimi, Azərbaycan Memarlar İttifaqı Katibliyinin nümayəndəliyinin Şuşa və Ağdam yerli icra hakimiyyəti orqanları ilə birlikdə təşkilati məsələləri həll etmək üçün Şuşa və Ağdam şəhərlərinə yollanması nəzərdə tutulub.