Nəcməddin Sadıkovun yerinə hansı general gəlir? - AÇIQLAMA
- 28-01-2021, 14:38
- Cəmiyyət
Müdafiə Nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun səhhətində problemlər yarandığını və müalicə üçün Rusiyanın paytaxtı Moskvaya aparıldığını, həmçinin, onun hazırda Azərbaycan Ordusunda xidmətdə olmadığını, ordu sıralarından ehtiyata buraxıldığını bildirilir.
MN-nin yaydığı xəbərdən sonra N.Sadıkovun yerinə kimin gətiriləcəyi məsələsi gündəmə gəlib.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən hərbi ekspert Əbuzər Əbilov Baş Qərargah rəisi postuna Azərbaycan Ordusunda və MN özündə kifayət qədər layiqli namizədlərin olduğunu bildirib:
“Sonuncu Qarabağ savaşında özünü təsdiq edən, peşəkarlıq göstərən kifayət qədər korpus komandirləri, MN özündə generalar var ki, onlar Baş Qərargah rəisi vəzifəsini icra edə bilərlər. Həmçinin, ölkə xaricində ixtisaslaşmış, NATO standartlarına uyğun zabitlərimiz var, onlar da bu posta gətirilə bilərlər. Bütün hallarda bu qərarı ölkə başçısı verəcək və hesab edirəm ki, o, ən düzgün seçimi edəcəkdir”.