Xəbərdə bildirilir ki, qəzetin etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, vəzifədən çıxarıldıqdan sonra sabiq Baş qərargah rəisinin səhhətində ciddi problem yaranıb. Bu səbəbdən də onun bu günlərdə Moskvada açıq ürək əməliyyatı keçirdiyi bildirilir.
Məlumata görə, hazırda da xəstəxanada olan N.Sadıkovun səhhətində yaranmış problem onun üçün həyati əhəmiyyət daşıyır.
Nəcməddin Sadıkovdan XƏBƏR VAR: Moskvaya apardılar
- 28-01-2021, 10:47
- Cəmiyyət