Hacı Şahin - Hər iki tarixi hadisə bizi gücləndirdi
- 20-01-2021, 13:42
- Cəmiyyət
Qələbədən sonra ilk dəfədir ki, şəhidlərimizin anım gününü qarşılayırıq. Bu dəfə onların qarşısında başımızı uca tuta bilərik: onların öz qanı ilə müstəqil etdikləri Vətənin bütövlüyünü xalqımız qanı ilə bərpa etdi.
Bu sözləri Publika.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli deyib. O bildirib ki, 20 Yanvar hadisələri ilə İkinci Qarabağ müharibəsi arasında mühüm əlaqə, oxşarlıq var:
“Hər iki tarixi hadisə bizi səfərbər etdi, birləşdirdi, gücləndirdi. Hər iki hadisədən qalib çıxdıq, müqəddəratımızı dəyişdik. Hər iki hadisədə fərqləri kənara qoyub, fərqli bədəndlərdə bir ruh olduğumuzu dərk etdik, böyük tarixi məsuliyyəti üzərimizə götürəcək qədər böyüdük. Belə bir kök üzərində qurulan cəmiyyət və dövlətin gələcəyi də mütləq parlaq olmalıdır. Üzərimizə düşən şəhidlərimizin bu yolunu qorumaq, yaşatmaqdır. Allah haqq fədailəri olan bütün şəhid və qazilərimizin məqamını uca etsin!”