Cavanşir Feyziyevdən şəhid və qazi ailələrinə böyük diqqət
- 23-12-2020, 13:41
- Cəmiyyət
İlk dəfədir ki, Yeni il ərəfəsində qohumlar və dostlar bayramı birlikdə qeyd etmirlər. COVID-19 infeksiyası ilə bağlı tətbiq olunan qabaqlayıcı tədbirlər bayram şənliklərini də məhdudlaşdırıb. Lakin bu heç də insanlar arasında soyuqluğa və təcrid olunmaya gətirib çıxarmır.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, qarşıdan gələn həmrəylik bayramı ərəfəsində bütün xalq ilk növbədə şəhid və qazi ailələri ilə mənəvi yaxınlıq və həmrəylik nümayiş etdirir. Xüsusilə şəhid ailələrinə diqqət və qayğı heç bir şəraitdə azalmır və azala da bilməz.
Şəkidə də şəhid ailələrinə maddi və mənəvi dəstək aksiyaları davam etdirilir. Bu günlərdə deputat Cavanşir Feyziyevin Şəkidəki qərargahının üzvləri rayon ərazisindəki şəhid ailələrinə baş çəkir, onların vəziyyəti ilə tanış olur və gündəlik həyat qayğıları və problemləri ilə maraqlanırlar. Hər bir şəhid ailəsi dövlətin və xalqın daimi qayğısını öz üzərində hiss edir, Vətənin azadlığı uğrunda həyatını qurban vermiş övladları ilə bütün Azərbaycanın fəxr etdiyini görür və qürurlanır. Onlar bir daha əmin olurlar ki, şəhidlər öz ailəsinin yox, bütün xalqın qəhrəman oğullarıdır və xalqın qəlbində əbədi yaşayırlar. Allah şəhidlərimizə rəhmət eləsin! Vətənimiz sağ, bayrağımız əbədi olsun!