azadses.az » Cəmiyyət » “Azərbaycan jurnalisti öz xalqını sevərək yazmalıdır” – Cavanşir Feyziyev

“Azərbaycan jurnalisti öz xalqını sevərək yazmalıdır” – Cavanşir Feyziyev

Sevərək yazmalı
 
Zaman sürətlə dəyişir. Yeni dövrün çağırışlarına öncədən hazır olmaq qarşıya çıxan problemlərin uğurla dəf edilməsinə imkan yaradır. Problemlərin qiymətləndirilməsi və onların aradan qaldırılması üçün müvafiq addımların atılması istiqamətində ölkəmizin uğurları şübhəsizdir. Məhz bu uğurlar beynəlxalq təşkilatların reytinq hesabatlarında Azərbaycanı ən islahatçı ölkələr sırasında ilk onluğa yüksəldib. Durmadan irəli yürüyən zaman cəmiyyət həyatında da daha sürətli irəliləyiş tələb edir. Cəmiyyətin güzgüsü hesab edilən mətbuat isə həyatımıza daxil olan bütün yeniliklərin lokomotividir.
 
Mətbuata dövlət qayğısı Azərbaycanda özünəməxsus üstün keyfiyyətləri səciyyələnir. Müstəqilliyin ilk illərindən mətbuatın inkişafı ilə bağlı qanunvericilik bazasının yaradılması, senzuranın ləğvi, KİV-ə dövlət dəstəyi Azərbaycan dövlətinin prioritetləri sırasında olub. Bu günlərdə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun bazasında AR Medianın inkişafı Agentliyinin yaradılması da media qurumlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirilməsi üçün ölkə başçısı tərəfindən atılmış növbəti addımdır.
 
İstənilən ölkədə söz və fikir azadlığının ən yüksək standartlar əsasında təmin edilməsi ikitərəfli prosesdir. Bir tərəfdən, dövlət azad mətbuatın təşəkkül tapması və cəmiyyətin mənafeyinə xidmət etməsi üçün lazımi hüquqi bazanın və ictimai-siyasi şəraitin bərqərar olunmasını təmin edir. Digər tərəfdən, jurnalist peşəsinə yiyələnən vətəndaş cəmiyyətin maraq dairəsində olan məsələlərin öyrənilməsini, araşdırılmasını və mətbuat vasitəsilə obyektiv təqdimatını milli qanunvericiliyə müvafiq qaydada vicdanla və ləyaqətlə yerinə yetirir. Müstəqillik illərimizdə dövlətin öz üzərinə düşən vəzifəni artıqlaması ilə yerinə yetirdiyi danılmaz faktdır. Yeni nəsil jurnalist mütəxəssislərinin yetişməsi isə zaman tələb edən məsələdir. Bu sadəcə bir neçə qanunun qəbul edilməsi ilə ərsəyə gələn bir reallıq deyil. İnformasiya bolluğu şəraitində, gündən-günə dəyişən və yeni imkanlar yaradan İT mühitində işləmək müasir jurnalistikadan daha hazırlıqlı olmağı tələb edir. Hadisələrə və faktlara yeni dövrün tələblərinə uyğun baxışın formalaşması, faktların əldə edilməsi və araşdırılması ilə bağlı vərdiş və bacarıqlarının öyrənilməsi, materialların cəmiyyətə təqdimatı üsullarının müxtəlifliyi və mürəkkəbliyi rəqabət şəraitində çalışan jurnalistlərqarşısında ikiqat məsuliyyət qoyur. Bu məsuliyyət hissinin peşə hazırlığı prosesində aşılanması və əmək fəaliyyətinə başlayan jurnalistlər tərəfindən dərk edilməsi sağlam ruhlu, nikbin məqsədli və yaradıcı jurnalistikanın mövqeyini gücləndirə biləcək amillərdir.
 
Zənnimcə, yeni yaradılan Medianın İnkişafı Agentliyinin ümdə vəzifələrindən biri bu ixtisasın tədrisi və təcrübəsi prosesinin təkmilləşdirilməsinə dəstək verməklə jurnalist peşəkarlığının artırılmasına nail olmaqdır. Qlobal jurnalistikanın irəli sürdüyü yeni trendlər peşə hazırlığı prosesində dərindən öyrənilməli və peşəkar fəaliyyətdə tətbiq olunmalıdır. Milli jurnalistika tariximiz həm janr və həm də təqdimat üslublarının rəngarəngliyi baxımından kifayət qədər zəngin təcrübəyə malikdir. 145 illik təcrübəmizin ən dəyərli örnəklərinin klassik irs kimi öyrənilməsi də müasir şəraitdə peşəkarlığın artırılmasında mühüm rol oynamalıdır. Jurnalist peşəsindən qeyri-etik məqsədlərlə istifadə etməyə cəhd göstərən şayiə, şantaj və sensasiya müəlliflərinin mətbuat sahəsinə girişinin qarşısı daha peşəkar, ədalətli və ləyaqətli jurnalist fəaliyyəti ilə alınmalıdır. Azərbaycan jurnalisti öz xalqını sevərək yazmalı, öz dövlətinin və dövlətçiliyinin maraqlarına xidmət etməli, öz vətəndaşlarının qayğısına qalaraq və ona hörmət bəsləyərək yazmalıdır. Bu istiqamətdə əldə olunacaq hər bir uğur cəmiyyətimiz tərəfindən milli mətbuatımıza inamın və rəğbətin güclənməsinə səbəb olacaq.
 
Cavanşir Feyziyev
 
Milli Məclisin deputatı
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. 65 yaşlı kişini ilan sancdı
  2. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  3. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  4. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  5. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  6. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  7. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  8. Bakıda yol qəzası olub, xəsarət alan var
  9. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  10. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı