Vilyam Hacıyevin həbs müddəti daha 3 ay uzadıldı
- 1-12-2020, 19:07
- Hadisə
Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilən İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində olan həbs qəti imkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
''Azad Səs''-in məlumatına görə, hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə V.Hacıyevin həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, V. Hacıyev koronavirusa yoluxduğu üçün məhkəmə prosesinə gətirilməyib
Xatırladaq ki, V.Hacıyev Səbail rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə azadlıqdan məhrum edilib.Modern.az