Dekbarın 14-də qoyulan qadağalar bu tarixdən ləğv edilə bilər- AÇIQLAMA
- 12-01-2021, 11:13
- Cəmiyyət
Xəbər verdiyimiz kimi dünən koronavirusa yoluxanların sayı 100-ə düşüb. Belə ki, Azərbaycanda bu gün koronavirus infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, 841 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Son sutkada 17 nəfər COVID-19-dan vəfat edib. Bu gün hər kəsi maraqlandıran sual bu həftə karantin rejimində yumşalmalar olacaqmı?
Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, gündəlik yoluxanların sayı ürəkaçandır:
"Artıq yoluxma sayı 4000-dən 100-ə düşüb. Çox güman ki, bu həftə karantin rejimində yumşalmalar olacaq. Bu yumşalmalar dekabrın 14-də bağlanılan müəssisələrə aid olacaq. Sevindiricidir ki, artıq karantin qaydalarına əməl olunur və insanlarımız maskadan düzgün istifadə edirlər.
Yaxın günlərdə də koronavirus əleyhinə peyvəndlənmə başlayacaq. Vaksinnləşmə də virusun yayılmasının qarşısını almaqda effektiv olacaq. Düşünürəm ki, yanvarın 18-dən sonra krantin rejimindən sonra yumşalmalar olacaq. Bu gün önəmli olan məsələ yumşalmalardan sonra insanlarımız qoyulan qaydalara bugünkü kimi əməl etməsi və məsuliyyətli olmasıdır".